Hikmət Hacıyev: 'İndiki münasibətlərimiz Azərbaycan və Rusiyanın tarixi ənənələrinə uyğundur
"Rusiya-Azərbaycan Ekspert Şurası iki ölkə arasında əlaqələrin inkişafında xüsusi əhəmiyyətə malikdir. Azərbaycan-Rusiya əlaqələrinin tarixi dərin köklərə əsaslanır. Ölkələrimiz arasında dostluq strateji əməkdaşlıq xarakteri daşıyır. Bu da Cənubi Qafqazda təhlükəsizliyin təminatı üçün çox mühüm əhəmiyyətə malikdir".
Azxeber.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya-Azərbaycan Ekspert Şurasının noyabrın 19-da Bakıda keçirilən iclasında deyib.
Hikmət Hacıyev diqqətə çatdırıb ki, Azərbaycan tarixi torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyün bərpa edib və münaqişəyə son qoyulub. Üçtərəfli bəyanatın əhəmiyyətindən danışan Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan Zəfəri ilə regionda yeni reallıq yaradıb.
O bildirib ki, indiki münasibətlərimiz Azərbaycan və Rusiyanın tarixi ənənələrinə uyğundur. Qarşılıqlı fəal əməkdaşlıq inkişaf edir.
Rusiya-Azərbaycan Ekspert Şurasının ikitərəfli münasibətlərin dərinləşməsində böyük rolunu qeyd edən Hikmət Hacıyev Azərbaycan və Rusiya ekspertlərinin əməkdaşlığına üçüncü tərəfin də qoşulacağına inamını ifadə edib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Trampa İrandan şok: Razılaşmaya imza atdıqdan bir saat sonra
Yunan nəşri: İsrail ermənilərə görə geri çəkildi, Azərbaycan
Çimərlikdə boğulan Rəşadın fotosu
Şəmkirdə qadını elektrik cərəyanı vuraraq öldürüb
İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb
"Hakim İngiltərə millisini xilas etdi" - Erlinq Holandın atası
Bakıda PARTLAYIŞ oldu - Yaralılar var
11 yaşlı uşaq çaya düşdü
Çox yaşamaq istəsəniz
İngiltərənin birinci qolu niyə ləğv edilmədi? - FIFA açıqladı
Dünya çempionatları tarixində ilk yaşandı
Azərbaycan güləşçisi Avropa çempionu oldu
Neftdən gələn milyardlar arta bilər? İqtisadçı real mənzərəni açıqladı
İyulun 13-nün rəsmi valyuta məzənnələri açıqlandı