Hikmət Hacıyev: İşğaldan azad edilən ərazilərdəki vəziyyəti görəndə dəhşətə gəldik
Torpaqların erməni işğalından azad edilməsi bizi elə bir reallıqla üz-üzə qoydu ki, bundan dəhşətə gəldik. XXI əsrdə şəhərlərin, kəndlərin bu dərəcədə dağıdılması bəlkə də dünya tarixində olmayıb.
Azxeber.com Trend-ə istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev İstanbulda keçirilən 21-ci Beynəlxalq Strateji Rabitə Sammitində deyib.
H.Hacıyev bildirib ki, vaxtilə Azərbaycanın gözəl guşələrindən olan Ağdam şəhəri yer üzündən silinib.
"Hiroşima ilə müqayisə olunacaq, bəlkə də ondan da dəhşətlidir Ağdam. Sanki ermənilər işğal olunan Azərbaycan ərazilərində nüvə silahından istifadə ediblər. Biz mədəniyyətimizin məhv edilməsi ilə üzləşdik. Bu reallıqlar insanı dəhşətə gətirməyə bilməz.
Ermənilər Qarabağ ərazisində məscidlərdə donuz saxlayırdılar. Belə bir şey dünya tarixində görünməyib. Dağıdılmış məscidlərdə donuz saxlamaq insaniyyətə sığacaq bir iş deyil", - deyə H.Hacıyev bildirib.
O əlavə edib ki, Qarabağın yenidən qurulması, yenidən cənnətə çevrilməsi qarşımızda duran əsas məqsədlərdən biridir.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı