Hikmət Hacıyev: Nikol Paşinyan Minsk qrupunun ləğvi ilə bağlı təhriflərə yol verib

Hikmət Hacıyev: Nikol Paşinyan Minsk qrupunun ləğvi ilə bağlı təhriflərə yol veribErmənistan baş nazirinin Minsk qrupunun ləğvi məsələsi ilə bağlı şərhində yenə də yalana və təhriflərə yol verib.
azxeber.com-un Azərtac-a istinadən verdiyi xəbərə əsasən, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, Minsk qrupunun ləğv edilməsinin vaxtı çoxdan yetişib, belə bir təsisata heç bir lüzum yoxdur:
"Ermənistanın bu təsisatı gündəmdə saxlaması və bu istiqamətlə səylərini davam etdirməsi ona dəlalət edir ki, İrəvan münaqişənin bitməməsi təəssüratını yaradaraq Qərbdə onu dəstəkləyən tərəfdarları ilə müəyyən təsir vasitəsini əlində saxlamağa cəhd göstərir".
Paşinyanın Ermənistan ilə Azərbaycan konstitusiyalarının müqayisəsi ilə bağlı fikirlərinə də toxunan Prezidentin köməkçisi deyib ki, Ermənistan konstitusiyasında müstəqillik haqqında akta uyğun olaraq Azərbaycana qarşı ərazi iddiaları, yəni, Qarabağın Ermənistana birləşdirilməsini ehtiva edən məqam hələ də qalmaqdadır.
"O müddəanı dəyişdirilməyincə iki dövlət arasında sülh müqaviləsinin əldə olunmasında ciddi problemlər görürük. Ermənistan cəmiyyəti özü də konstitusiyanı dəyişdirərək məhz o müddəanı, o istinadı oradan götürərək sülh şəraitində yaşamaq istəyini bir daha təsbit etməlidir. Amma Azərbaycan Konstitusiyasında heç bir dövlətə qarşı ərazi iddiaları olmayıb və bu, Azərbaycan xalqının haqlı iradəsini əks etdirən bir sənəddir. Bu müqayisəni də biz yalnız söz oyunu kimi dəyərləndiririk", - H.Hacıyev deyib.
O, Ermənistanın baş nazirinə bu kimi söz oyunlarındansa, real sülh gündəliyinin irəli aparılması, məhz region dövlətlərinin iştirakı ilə sülh gündəliyinin dəstəklənməsi istiqamətində addımlar atılmasını tövsiyə edib.

Siyasi       Tarix: 01 sentyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün xeber az ensonxeberler son xeberler bugun 2026 canli