Hikmət Hacıyev: Şuşa Qlobal Media Forumunda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır
Şuşa Qlobal Media Forumu Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada keçirilir. Çünki Şuşa Azərbaycan xalqının tarixi yaddaşı və ilham mənbəyidir. Bu müqəddəs şəhərdən bir çox naşirlər, yazıçılar və düşüncə sahibləri çıxıb, xalqımızın mədəni və elmi irsinə töhfə veriblər.
Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" adlı 3-cü Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı söyləyib.
O qeyd edib ki, Foruma dünyanın müxtəlif ölkələrindən media nümayəndələri və fikir adamları dəvət edilib. Burada müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır və paylaşılır. "Əlamətdar haldır ki, bu forum postmünaqişə dövründə, bir vaxtlar müharibənin izlərini daşıyan, lakin bu gün yenidən qurulan bir şəhərdə keçirilir.
Şuşa bir zamanlar misli görünməmiş feyk xəbərlərin, təxribatçı məlumatların hədəfi olmuşdur. 1990-cı illərin əvvəllərində, Şuşadan cəmi bir neçə kilometr aralıda, Xocalıda dəhşətli soyqırımı törədilib. Lakin o vaxt bu faciəni işıqlandıran media qurumlarının sayı çox az idi",-deyə H.Hacıyev bildirib.
Hikmət Hacıyev qeyd edib ki, Şuşa Qlobal Media Forumu, Prezidentlə birbaşa ünsiyyət platforması kimi də olduqca önəmlidir: "Biz Forum vasitəsilə Prezident İlham Əliyevlə birbaşa təmasda olur, regionun hazırkı inkişafı ilə bağlı məlumat alırıq. Forum iştirakçıları Ağdama səfər edəcək, bir hissəsi artıq Xankəndidə olub və bəziləri Laçına da səfər edəcək".
Prezidentin köməkçisi Azərbaycan mediasının bu il 150 illik yubileyini qeyd etdiyinə də diqqət çəkib: "İlk Azərbaycan qəzetini "Əkinçi"nin Həsən bəy Zərdabi tərəfindən nəşr olunduğu vaxtdan bəri milli mətbuatımız böyük inkişaf yolu keçib. O dövrdə sərt senzura mövcud olsa da, "Əkinçi"də təkamül, maariflənmə və cəmiyyətin inkişafı ilə bağlı mövzular dərc olunurdu. Bu qəzet yeni düşüncələrin formalaşmasına, maarifçiliyin yayılmasına mühüm zəmin yaratdı.
Bu gün biz həmin maarifçilik ruhunu yaşadaraq, media vasitəsilə həqiqətlərin yayılmasına və sağlam cəmiyyətin qurulmasına xidmət edirik". / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı