Hindistan Rusiya və ABŞ-la imzalanan hərbi müqaviləyə yenidən baxacaq
Hindistanın Müdafiə Nazirliyi Amerikanın "Boeing P-8 Poseidon" kəşfiyyat təyyarələri daxil olmaqla bir sıra xarici müdafiə müqavilələrini yenidən nəzərdən keçirməyə başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə "Republic World" öz mənbələrinə istinadən məlumat yayıb.
"Müdafiə Nazirliyi tamamilə xarici təchizatçılardan alınan "Buy Qlobal" kateqoriyasında idxal sövdələşmələrini nəzərdən keçirməyə başlayıb. Qurum bağlanan və təxirə salınan bir sıra hərbi müqavilələrin siyahısını hazırlayıb və onların hindistanlı təchizatçıların və ya tərtibatçıların xeyrinə bağlanıb-bağlanamayacağını müzakirə edir.
Bu siyahıya idxal olunan məhsullar arasında qısa mənzilli hava hücumundan müdafiə sistemləri, yedəkli artilleriya qurğuları, yer-hava raketləri, gəmidə uçan pilotsuz uçuş sistemləri, "Boeing P-8 Poseidon" kəşfiyyat və MiQ-29 döyüş təyyarələri daxildir",-məlumatda deyilir.
Həmçinin cümə günü keçirilən görüş zamanı Hindistan Müdafiə Nazirliyi qısa mənzilli yer-hava raketləri və 14 helikopterin idxalı ilə bağlı müqaviləni ləğv edib. Eyni zamanda, Müdafiə Nazirliyi qoşunlara Fransadan "hava-yer" tipli raketlərin alınması və Rusiya helikopterlərinin əsaslı təmiri ilə bağlı müqavilə bağlamağa icazə verib.
Xidmetler [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı