Hindistan şirkəti Azərbaycana 700 milyon dollarlıq avadanlıq satacaq
Hindistanın "Ram Charan Co Pvt. Ltd" şirkəti Azərbaycana sənaye tullantılarının emalı və elektrik enerjisinə çevrilməsi üçün avadanlıqların təchizatına dair müqavilə bağlayıb.
KONKRET.azxəbər verir ki, müqavilə Azərbaycanda fəaliyyət göstərən "Kavkans Finans" MMC adlı şirkətlə bağlanıb və dəyəri 700 milyon dollardır. Müqaviləyə əsasən Hindistan şiirkəti 2022-ci ilin dekabrından etibarən Bakı ətrafındakı sənaye rayonlarında tullantıların emalı üzrə qurğuların quraşdırılmasını həyata keçirəcək.
Bildirilir ki, "Ram Charan" şirkəti həmin yüksək keyfiyyətli qurğuları quraşdırmaqla tullantıların elektrik enerjisinə çevrilməsini həyata keçirən zavodun fəaliyyətə başlamasını təmin edəcək. Quraşdırılan bloklar ilkin mərhələdə 200 MVt-a qədər elektrik enerjisi hasil edəcək.
Bildirilir ki, "Ram Charan" şirkətinin yerli tərəfdaşı "Kavkaz Finans" logostika, infrastruktur və idxal üzrə təcrübəyə malikdir.
"Kavkaz Finans" şirkətinin ofisi Bakının Nərimanov rayonunda, A.Orucəliyev küçəsində yerləşir. Saytında göstərilir ki, şirkət ərzaq mallarının idxalı və ixracı sahəsində "inamlı mövqe" tutur. Habelə logistika xidmətləri, o cümlədən Rusiyaya yüklərin çatdırılması xidmətləri göstərir. İran, Suriya, Türkiyə, Hindistan, Misir və digər tərəfdaş ölkələrdən məhsulların idxalını həyata keçirir./virtualaz.org
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR