Hollivud ulduzu sosial şəbəkədə paylaşım etdi, iki saat sonra faciəvi şəkildə həlak oldu - FOTO
Hollivud ulduzu sosial şəbəkədə paylaşım etdi, iki saat sonra faciəvi şəkildə həlak oldu - FOTO
Amerikalı aktyor və rejissor Trit Uilyams ABŞ-nin Vermont ştatında 71 yaşında faciəvi şəkildə vəfat edib. O, motosikletlə hərəkət edərkən qəzaya uğrayıb.
Faciə ABŞ-nin Vermont ştatında baş verib. Avtomobilin sürücüsü dönmə zamanı motosiklet sürən Uilyamsı görməyib və onu vurub. Yaralı aktyor helikopterlə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faciədən bir saat əvvəl aktyor öz fermasından görüntülər paylaşıb.
Uilyamsın yaxınları baş verənlərə inana bilmədiklərini etiraf ediblər.
Pərəstişkarları aktyorun qəfil ölümündə təəssüflərini bildiriblər.
"İki saat və artıq hər şey fərqlidir. Bu günün necə olacağını heç vaxt bilə bilməzsən", - deyə istifadəçilərdən biri onun paylaşımını şərh edib.
Trit Uilyams üç dəfə "Qızıl Qlobus" mükafatı qazanıb. Onun ən populyar filmlərindən biri hippi dövrünə aid eyniadlı müzikl əsasında çəkilmiş "Hair" (1979) filmidir. Aktyor tamaşaçıların yaddaşında "Tales from the Crypt" (1989), "Prince of the City" (1981), "Once Upon a Time in America" (1984) və "127 Hours" (2010) seriallarında oynadığı rollarla yadda qalıb.







/ oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR