Homoseksual çeçen qadın: Valideynlərim döyə-döyə içimdən cin çıxarmaq istəyirdilər
Homoseksual çeçen qadın: Valideynlərim döyə-döyə içimdən cin çıxarmaq istəyirdilər
22-yaşlı Çeçenistan sakini Aminat Lorsanova hüquq-mühafizə orqanlarına müraciət edərək valideynlərinə qarşı cinayət işinin açılmasını tələb edib.
"Lentaç" xəbər verir ki, A.Lorsanova valideynlərinin bir neçə ildir ki, içindən "cini qovmaq" üçün ona müxətlif əziyyətlər verir.
Buna səbəb qızın seksual oriyentasiyası və islamdan imtina etməsi olub.
Onun sözlərinə görə, 2018-ci ildə iki dəfə psixodispanserə yerləşdirilərək, gərəksiz müalicə almağa məcbur edilib.
Həmçinin qızı bir neçə dəfə atasının tanışı "müalicə etməyə" çalışıb.
"O üst paltarımı açaraq sinəmdən yumruqlayırdı. Sonra isə donumu aşağı salaraq qarnımı əlləri ilə sıxırdı. Bu zaman mən kəskin ağrıdan qışqırır, o isə qulağıma dayanmadan dualar oxuyurdu.Valideynlərim isə sakit şəkildə buna baxırdılar. Hətta mən onları köməyə çağıranda reaksiya vermirdilər", - deyə A.Lorsanova qeyd edib.
Onun sözlərinə görə, valideynləri evdə də onu "cindən qurtarmaq" cəhdindən əl çəkməyiblər.
"Atam qollarımı, ayaqlarımı, ağzımı bağlayırdı. Məni qoyun kimi bağlayıb heyvan kimi rəftar edəcəyini deyirdi. Bundan sonra zorla aminazin (trankvilizator növü) inyeksiyası edərək üzü divara uzandırırdı", - deyə qadın şikayət edib. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb