Hüseyn Həsənova cinayət işi açıldı
Azərbaycan əsilli rus bloqer Hüseyn Həsənova qarşı cinayət işi açılıb.
KONKRET.az xəbər verir ki, Moskva Prokurorluğu bloqer Hüseyn Həsənov barəsində ittiham aktını təsdiqlədiyini açıqlayıb.
Həsənov pulların qanunsuz yuyulmasında ittiham olunur. Hazırda təqsirləndirilən şəxs axtarışdadır, buna görə cinayət işi qiyabi məhkəmə iclası üçün Presnenski Rayon Məhkəməsinə göndərilib və ona qiyabi həbs qətimkan tədbiri seçilib.
İstintaqın əvvəlki mərhələlərində məlum olub ki, Həsənov fərdi sahibkar kimi əsl gəlirini gizlədib və Rusiya büdcəsinə təxminən 170 milyon rubl (təxminən 3,8 milyon manat) vergi ödəməyib.
Bundan əlavə, 2023-cü ildə suşi rolları istehsal edən "Banda Fuds" şirkəti 2025-ci ilin sentyabrında Federal Vergi Xidməti tərəfindən ləğv edilib. Şirkətin zərərlə işlədiyi və təxminən 800 000 rubl (təxminən 17 800 manat) borcunun qaldığı bildirilir. Həsənov isə borcunu ödəmədən Rusiyanı tərk edib./Milli.az/

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib