"İbuprofen", yoxsa "Paracetamol"? - MÜTLƏQ OXUYUN

"Dərman üzərində ad nə olur-olsun, altda kiçik hərflə nə yazılıb: "İbuprofen", yoxsa "Paracetamol". Əgər "İbuprofen" yazılıbsa, atın və "Paracetamol" yazılanı alın. Evimdə "İbuprofen" tərkibli dərman olmayıb. İndi də yoxdur. Ağrı üçün də istifadə etmirəm. Hərarətə dözdüyümüz kimi, ağrıya da maksimum "Paracetamol" ilə dözürük. Öz uşağıma vermədiyimi başqasının uşağına da tövsiyə etmirəm. Xatırlayırsınızsa, pandemiya zamanı ""İbuprofen" molekulu olan hərarət düşürücü istifadə etməyin" deyilirdi. İndi sizin bilməli olduğunuz nəyə təsir etməsi deyil, sadəcə, zərərli olduğunu bilməkdir. "İbuprofen" molekulu yeni çıxmayıb ki. Əvvəllər də olub. Amma ondan sinir, əzələ ağrıları, oynaq xəstəliklərinin müalicəsində istifadə edilib. Elə indi də. Məsələn, FMF kəskinləşməsi, "Artrit" zamanı təyin edə bilərik. İltihab söndürücü təsiri var. Amma mütləq yeməkdən sonra qəbul edilir ki, mədə-bağırsaqda yara əmələ gəlməsin. Əlbəttə, bir yemək yarana biləcək yaranı önləməz, hər ehtimal deyirik. Bəs necə oldu ki, "İbuprofen" hərarət barəsində "Paracetamol"u ötdü, keçdi və hər uşağın mədəsinə tez-tez girməyə başladı? Siz anaların və sizi tez rahatlatmaq istəyən həkimlərin sayəsində. Şirkətlər gördü ki, hərarəti tez salan güclü dərmana "ehtiyac" var. Bu, xeyli pul deməkdir. Ehtiyac isə həqiqi deyildi. Anaların həyəcanından yaranmışdı".
KONKRET.az-ın xəbərinə görə, bunu həkim Aytən İsmayılzadə bildirib.
"Hərarətdən heç nə olmur, "İbuprofen"dən isə nələrsə olur. Bu "nələrsə" sizin həyəcandan daha vacibdir, əziz analar! Uşağınızı hərarətdən deyil, dərmanların zərərindən qoruyun. Həkiminiz təyin etsə belə, "Paracetamol" tərkibi ilə əvəz edin" – A.İsmayılzadə qeyd edib.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Sağlamlıq       Tarix: 22 may 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezennesi banklar hava krminal bu gun sou xeberler