Axşam yeyilən meyvə kökəldir, kartof isə xərçəngin qarşısını ala bilər

Axşam yeyilən meyvə kökəldir, kartof isə xərçəngin qarşısını ala bilərİnsan sağlamlığının əsasında düzgün qidalanma dayanır. Hətta ana bətnində olan körpənin belə inkişafı ananın qida seçimi ilə birbaşa əlaqəlidir.
KONKRET.azxəbər verir ki, bunu dietoloq Ləman Süleymanova BAKU.WS-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, qidalanma gündəlik həyatın ayrılmaz hissəsidir və qəbul edilən qidaların kalorisi qədər onu necə istifadə etdiyimiz də çox önəmlidir.
"Gün ərzində 2000–3000 kilokalorilik yeməklə qidalanan insan bu enerjini fiziki aktivliklə sərf edirsə, bu, maddələr mübadiləsinə müsbət təsir edir. Əks halda maddələr mübadiləsi zəifləyir, həzm prosesi çətinləşir və nəticədə artıq çəki, şəkər kimi problemlər yarana bilər", – deyə dietoloq bildirib.
Ləman Süleymanovanın fikrincə, əsas qidalanma günün ilk yarısında olmalıdır: "Günorta saat 3-ə qədər qəbul edilən qidalar daha yaxşı həzm olunur. Axşam saatlarında isə orqanizmin enerjiyə tələbatı azalır, maddələr mübadiləsi zəifləyir. Bu səbəbdən axşam saatlarında meyvə yemək kökəlməyə və qanda şəkərin yüksəlməsinə səbəb ola bilər. "
Dietoloq həmçinin kartofun düzgün şəkildə yeyilməsinin faydasını vurğulayıb: "Kartofun qabığında xərçəngə qarşı qoruyucu maddələr var. Amma bişirmədən əvvəl nişastanın çıxması üçün suda saxlanılması tövsiyə olunur."
Təbii zülal mənbəyi olan lobyanın da faydalı olduğunu bildirən mütəxəssis onun hər gün və xüsusilə ətlə birlikdə qəbul edilməsini düzgün saymır: "Bu, həzmi çətinləşdirə, mədə turşusunu artıra və təzyiq problemi yarada bilər."
O, toyuq ətindən də danışaraq bildirib ki, yalnız təbii formada böyüdülmüş toyuq əti faydalıdır: "Süni üsullarla yetişdirilən toyuqlar uşaqlarda hormonal pozuntulara səbəb ola bilər."
Qırmızı ətin dəmir, protein və vitaminlərlə zəngin olduğunu deyən Ləman Süleymanova bildirib ki, bu qida əzələ gücünü artırmaqla yanaşı, dəriyə də müsbət təsir edir.
Ən çox kalori yağ və qoz-fındıqda var
– Zeytun yağı – 884 kcal / 100 g
– Kokos yağı – 862–895 kcal / 100 g
– Toyuq budu (dəri ilə) – 427 kcal / 100 g
– Qoyun əti – 254 kcal / 100 g
– Mal əti – 320–480 kcal / 100 g
– Qızıl kartof – 72 kcal / 100 g
– Lobya və paxlalılar – 115 kcal / 100 g
– Qoz, badam, toxumlar – enerji və yağ baxımından zəngin
Sonda mütəxəssis xəbərdarlıq edir: "Heç bir qidanı tamamilə rasiondan çıxarmaq düzgün deyil. Hər şeydən az miqdarda, balanslı şəkildə istifadə etmək ən doğrusudur. Qidanı düşmənə yox, dostuna çevirmək bizim əlimizdədir."

Sağlamlıq       Tarix: 05 iyul 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Xərçəng xəstəsi ilə eyni evdə yaşamaq təhlükəlidirmi? – MÜHÜM AÇIQLAMA

Xərçəng xəstəliyi ilə bağlı cəmiyyətdə yayılan yanlış təsəvvürlərdən biri də onun yoluxucu olmasıdır. Halbuki xərçəng xəstəsi ilə eyni evdə yaşamaq, ünsiyyətdə olmaq, eyni qab-qacaqdan istifadə etmək və ya fiziki təmasd

Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ

Havanın temperaturunun dəyişməsi orqanizmin uyğunlaşma mexanizmlərinə təsir göstərməklə xüsusilə yaşlı insanlar və xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün müəyyən sağlamlıq riskləri yarada bilər. Belə hava şəraitind

Bazarlarda göbələk təhlükəsi: Bu əlamətləri görsəniz, almayın

Bazarlarda göbələk mövsümünün başlaması ilə bu məhsula tələbat artır. Lakin göbələk alarkən diqqətsizlik istehlakçıların sağlamlığı üçün ciddi təhlükə yaradır. Xüsusilə köhnəlmiş, düzgün saxlanılmamış və ya zəhərli növlərl

Kennedi ailəsinin gizli faciəsi: Gözəlliyi ilə kral ailəsini heyran edən Rozmariyə niyə "yox edildi"

1938-ci ilin mayında Londondakı Bukingem sarayının möhtəşəm bal zalında 20 yaşlı Rozmari Kennedi ağappaq, zərif libası ilə Böyük Britaniya kralı VI Georq və kraliça Elizabetin qarşısında baş əyərkən hamının diqqətini cəl

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Şirniyyat və kərə yağında gizli təhlükə? – Diqqətli olun

Palma yağı bizi zəhərləyir? Azərbaycanda bu yağın kərə yağı və şirniyyatların tərkibinə qatılması ilə bağlı müzakirələr səngimir. Bəs palma yağı həqiqətən təhlükəlidirmi, yoxsa əsas problem onun hansı formada istifadə olunmasındadır?

İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?

İranda qrip və COVID-19-a yoluxma hallarının artması, eləcə də ölüm faktlarının qeydə alınması regionda epidemioloji vəziyyətlə bağlı narahatlıq yaradıb. Bu fonda infeksiyaların Azərbaycanda yayılma riski, mövsümi xəstəlikləri

COVİD-in ən güclü ştammı Azərbaycanda da yayılıb?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyanın bəzi ölkələrində, eləcə də Avropada, ABŞ-da və Kanadada koronavirusun PJ 2.1 növü yayılıb. Bu ştamm soyuqdəymə və qrip simptomları ilə özünü göstərir. Bəs görəsən


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son məlumat meherremlik 2026 son xəbər qurban bayrami 2026