Yeni pandemiyanın astanasındayıq - İki ölümcül virus aşkar edildi
Çin alimləri yarasalarda əvvəllər məlum olmayan 20 yeni virus aşkarlayıblar. Onlardan bəzilərinin ölümcül Nipah və Hendra virusları ilə eyni virus ailəsinə aid olduğu bildirilib.
KONKRET.azMilli.Az-a istinadən xəbər verir ki, tədqiqat Yunnan vilayətində aparılıb. Alimlər 2017-2021-ci illər ərzində 10 müxtəlif növdən olan 142 yarasanın böyrək toxumalarını analiz ediblər. Genetik sekvensiya nəticəsində 22 virus aşkar edilib. Bunlardan 20-si elmi ədəbiyyata əvvəllər məlum olmayıb. İki virusun isə insanlara ölümcül təsir göstərən henipaviruslarla əlaqəli olduğu müəyyən olunub.
Henipaviruslar qripə bənzər simptomlardan tutmuş ağır beyin iltihabına qədər xəstəliklərə səbəb ola bilər. Mütəxəssislər bu virusların insanlara və ya mal-qaraya keçmək potensialının yüksək olduğunu deyirlər.
Avstraliyalı virusoloq professor Vinod Balasubramaniam bildirib ki, tapılan viruslar insan sağlamlığı baxımından "təhlükəli xəbərdarlıq siqnalı"dır. O, virusların yarasa sidiyi ilə meyvə və su vasitəsilə yayıla biləcəyini vurğulayıb.
Tədqiqat həm də ilk dəfə olaraq yarasa böyrəklərində bu qədər çox virus aşkarlanması ilə diqqət çəkib. Bu isə virusların orqanizm daxilində daha geniş yayıla bildiyini göstərir.
Ekspertlər virusların yayılmasının qarşısını almaq üçün ekoloji nəzarətin gücləndirilməsini və potensial risk daşıyan ərazilərdə biosigurta tədbirlərinin artırılmasını tövsiyə edirlər.

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Türkiyə heç yerə qoşun göndərməyəcək - Fidan