İcmadan Qalstanyana CAVAB
Ermənistanda özünü "Müqəddəs mübarizə" hərəkatının lideri kimi təqdim edən arxiyepiskop Baqrat Qalstanyan qərbi azərbaycanlılar və onların geri qayıdış hüququ ilə bağlı irqçi və ksenofob mövqedən çıxış edən bəyanat verib.
Bu barədə KONKRET.az-a Qərbi Azərbaycan İcmasından bildirilib.
"Din xadimi yoxsa siyasətçi olduğu anlaşılmayan bu diletant, reallıqdan uzaq şəxs soydaşlarımızla bağlı radikal xarakterli fikirlər səsləndirib, 300 mindən çox qərbi azərbaycanlının öz ata-baba torpaqlarına sülh yolu ilə qayıdışı məsələsini təhrif edərək, siyasi və ksenofob don geyindirməyə çalışıb", – açıqlamada deyilir.
Qərbi Azərbaycan İcması Baqrat Qalstanyanın bu bəyanatını qınayır, arxiyepiskopu belə irqçi yanaşmadan çəkinməyə çağırır. Bir din xadimi olaraq sülhü, ədaləti, barışığı təmsil və təbliğ etmək əvəzinə arxiyepiskopun bu cür şovinist mövqedən çıxış etməsi erməni Qriqoryan kilsəsində və cəmiyyətində bu cür irqçi yanaşmaların hakim olduğunu göstərir.
İcma həmçinin sülh prosesinə verdiyi zərərdən dolayı Ermənistan hökumətindən ərazisində bu kimi irqçi meyllərə imkan verməməyi tələb edir.

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar