İcra başçılarının məzuniyyətə çıxmasına qadağa qoyuldu - SƏBƏB isə
Bu ilin yayında ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı iddialar səngimək bilmir.
Ötən gün Milli Məclisin daha iki deputatı – Ədalət, Hüquq və Demokratiya partiyasının sədri Qüdrət Həsənquliyev və ReAL təmsilçisi Erkin Qədirli analoji açıqlama ilə çıxış ediblər.
Bundan əvvəl isə sabiq baş bazir Pənah Hüseyn də növbədənkənar parlament seçkilərinin qaçılmaz olduğunu bildirərək, hazırlıq prosesinə start verdiklərini açıqlayıb.
KONKRET.az xəbər verir ki, hakimiyyət komandasındakı mənbələrdən növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərarın artıq verildiyini bildiriblər. Məlumatlı şəxsin sözlərinə görə, Milli Məclisə yeni seçkilər bu ilin yayında, bir qədər də dəqiqləşdirsək, avqust ayında keçiriləcək.
Mənbə bununla bağlı yerli icra hakimiyyətlərinə müvafiq göstərişlərin verildiyini qeyd edib. Bildirib ki, icra hakimiyyəti başçılarına yaxın 1 ayda, ən gec mayın sonuna kimi məzuniyyətə çıxmaq tövsiyə olunub. Məzuniyyətə çıxmaq istəməyənlərin dekabr ayından tez bu hüquqdan yararlana bilməyəcəkləri vurğulanıb.
Məlumatlara əsasən, növbədənkənar parlament seçkiləri ilə əlaqədar digər vəzifəli şəxslərin də məzuniyyət hüququ ilin sonuna kimi ertələnib. (Yenisabah)

Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
Dəfn pulu da artırılır
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi
Bu ölkə İranla sərhədə ordu yeritdi
BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?
İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?
Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev
Banka borcu olanlara bir yaxşı, bir pis xəbər – Yeni QAYDA
Nyu Cersi Trampa qarşı: Rus dizelini rədd etdi