İctimai Şuranın sədr müavini: "Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər
İctimai Şuranın sədr müavini: "Distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər"
"Orta məktəblərdə distant dərslər təhsil prosesinin tənəzzülü ilə nəticələnə bilər".
Bu barədəMedia.Az-a açıqlamasında təhsil sahəsində ekspert, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov bildirib.
O qeyd edib ki, sinif otaqlarından uzun müddət uzaq düşmək şagirdlərin məktəb mühitindəki vərdişlərinin itirilməsinə səbəb ola bilər ki, bu da ənənəvi metoda uyğun olaraq, dərslər davam etdiriləndə uyğunlaşma ilə bağlı problemlər yaradacaq: "Buna görə vəziyyətdən asılı olaraq, ən pis halda onlayn və ənənəvi dərslərin birlikdə olduğu, qarışıq bir təhsil formatının uyğun olacağını düşünürəm. Bu günə qədər bu, ən real proqnozdur. Bu, təkcə mənim subyektiv fikrim deyil, çoxluğun arzusudur. Ancaq son nəticə ölkədəki epidemioloji vəziyyətdən asılı olacaq. Unutmamalıyıq ki, yalnız forma deyil, həmçinin məzmun da vacibdir".
Ekspert hesab edir ki, epidemioloji vəziyyət məktəblərdə ənənəvi tədrisin bərpa olunmasına imkan versə belə "Virtual məktəb" layihəsi və televiziyada yayımlanan teledərslər də davam etdirilməlidir: "Bütün bu məsafəli modellər təhsilimizi müasirləşdirmək, interaktivlik və gələcəkdə yeni çağırışlara hazır olmağımızı təmin etmək üçün lazımdır. Rəqəmsal texnologiyalar və virtuallıq zamanın tələbidir. Sovet dövründən bəri TV dərslərində geniş təcrübəmiz var və distant təhsil təhsil qanunvericiliyimizdə öz əksini tapıb". /oxu.az
Turlar.az [newsid: 0-123300]

Paşinyan və Pezeşkian bir arada - FOTO
Zəngilanda bir nəfər çayda boğulub
Ukrayna Rusiyanın ordu generalına qarşı cinayət işi başlatdı - Gerasimovun başı dərddə
Paşinyan təcili Rusiyaya gedir - Nə baş verir?
Teymur Kərimov vəfat etdi
Danışılmış oyunlara görə verilən qərar "Qarabağ"a üstünlük qazandırdı
"Vətəndaşların əksəriyyəti problemlərinin həlli ilə bağlı ən çox Prezidentə ümid edir" - Partiya sədri
Tovuzda siqaretə görə qətl - Öldürdüyü adamın yasında da iştirak edib
Süni intellekt iqtisadiyyata necə təsir edəcək? – İqtisadçı açıqladı
70 yaşlı Ağalarovun gənc xanımı öz biznesindən danışdı
Dünya çempionatının 1/8 final mərhələsinə start verilir
İşlənmiş avtomobil alarkən ilk növbədə nələrə diqqət yetirmək lazımdır
İsti havada çimərliyə bu qidaları aparmaq olmaz
Baş məşqçi Argentina ilə matçdan öncə gözlənilməz qərar verdi
Hikmət Hacyev: ABŞ-dəki bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik