İdmanın bu faydasını bilmirdiniz - ARAŞDIRMA
ABŞ neyrofizioloqları idmanın təkcə əzələlər üçün deyil, beyin üçün də faydalı olduğu qənaətinə gəliblər.
Milli.Az e-tibb.az-a istinadən xəbər verir ki, alimlər bununla bağlı yeni təcrübə aparıblar. Belə ki, bir neçə qrup seçilib, onlar səslər, hecalar və sözlər toplusunu dinləyən zaman müşahidə ediliblər.
Beyinin səs stimullarına cavabı elektroansefaloqrafdan istifadə olunaraq izlənilib. Məlumdur ki, sinir sistemi insanın vəziyyətindən asılı olaraq müxtəlif siqnalları verir. Aktivliyin "sıçrayışları" nə qədər güclü olsa, beyin neyronlarının zəncirləri bir o qədər yaxşı işləyir.
İştirakçılar üç qrupa ayrılıblar: musiqiçilər, xarici dillər üzrə mütəxəssislər və idmançılar. İlk iki qrupda beyində xarici qıcıqlara reaksiya olan "fon" səs-küyünün yüksək olduğu aşkarlanıb. İdmançıların elektroensefaloqramında, demək olar ki, heç bir müdaxilə ("fon" səs-küyü) qeydə alınmayıb. Neyrofizioloqlar hesab edirlər ki, idmançılar səs-küylü şəraitdə olarkən də sakit səsləri "tuta bilmək" və buna diqqətlərini cəmləşdirmək qabiliyyətini özlərinə aşılaya bilirlər. Bu, onlara yarışlarda daha yaxşı çıxış etməyə kömək edir.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ