"İdrakİMUN" şagird konfransı keçirilir - FOTOLAR

Azərbaycanda 2008-ci ildən fəaliyyət göstərən qabaqcıl təhsil müəssisələrindən biri olan İdrak liseyi 1993-cü ildə fəaliyyətə başlayan Sumqayıt Qızlar Seminariyasının (sonrakı adı Sumqayıt Özəl Orta İxtisas Kolleci) bazasında yaradılıb.
2014-cü ildə isə İdrak Liseyinin Bakı filialının əsası qoyulub. İdrak Liseyi ölkədə ən müasir maddi-texniki bazaya, ən son tələblərə cavab verən yüksək texnologiyalı avadanlıqla təchiz olunmuş sinif otaqlarına və laboratoriyalara malikdir. Liseydə müstəqil yaradıcı gənclərin təfəkkürünün, həmçinin tədqiqatçılıq qabiliyyətinin düzgün istiqamətdə inkişafı üçün əlverişli şərait yaradılmışdır. İdrak liseyi şagirdlərə yüksək keyfiyyətli təhsil ilə təmin edərək onların milli-mənəvi dəyərlərini qoruyub saxlamaqla bərabər, beynəlxalq inkişafa meyilli vətəndaş kimi yetişməsi ilə ölkəmizdə və dünyanın istənilən ölkəsində universitetlərə qəbul olunmasını təmin edir.
İdrak Liseyi ali məktəblərə qəbul nəticələri hər il üçün 100 faiz olan məktəblərdəndir. Liseyi bitirən məzunların bir qismi xarici ölkələrdə, digər qismi isə ölkəmizin nüfuzlu universitetlərinin müxtəlif ixtisaslarında təhsil almaqdadır. İdrak liseyi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biri olan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda canından keçmiş şəhidlərin övladlarının təhsil həyatlarının yüksək səviyyədə təşkil olunması üzrə aparılan işlərə uyğun olaraq, Azərbaycan Respunlikasının ərazi bütövlüyü uğrunda mübarizə aparan qazilərimizin, şəhid olanların ailəsinə dəstək göstərməyi özünün sosial məsuliyyəti və vətəndaşlıq borcu hesab edir. Elə bu səbəbdən, 36 şəhid ailəsinin 59 övladı İdrak liseyinin beynəlxalq təcrübəyə əsaslanan təhsil imkanlarından yararlanırlar.
İdrak liseyinin missiyası şagirdlərimizi daim öyrənən, fəal, araşdırmaçı, düşünən, ünsiyyətcil, bilikli, qayğıkeş insanlar kimi yetişdirmək, onları informasiya cəmiyyətinin beynəlxalq düşüncəli vətəndaşları kimi tərbiyə etməkdir. Liseyimizin əsas hədəfi beynəxalq standartlara cavab verən təhsil sistemini inkişaf etdirmək və irəli aparmaqdan ibarətdir.  Məqsədlərə nail olmaq üçün tədris proseslərində ölkəmizin və dünyanın qabaqcıl universitetləri ilə əməkdaşlıq edərək yüksək keyfiyyətli, düşünülmüş və yaradıcılığa sövq edən təhsil proqramlarını tətbiq edirik.  Belə ki, liseyimiz 2019-cu ildən Beynəlxalq Bakalavr (IB) Təşkilatı tərəfindən akkreditasiya olunmuş və rəsmi şəkildə IB DP, 2023-cü ildən isə IB PYP proqramını tətbiq etməkdədir.
İdrak liseyinin şagirdləri yerli və beynəlxalq bilik yarışlarında, olimpiadalarda, müxtəlif müsabiqələrində iştirak edirək yüksək nailiyyətlər əldə edirlər. Respublika Fənn Olimpiadaları, Respublika Fənn Müsabiqələri, Lütfizadə adına Məntiq Olimpiadası, SASMO, "Hippo" Beynəlxalq İngilis Dili Olimpiadası, "Kenquru" Beynəlxalq Riyaziyyat Müsabiqəsi, "Math League" Riyaziyyat müsabiqəsi, "Kings" Olimpiadası, "Türkiye Matematik" Olimpiadası,"KenKen" Riyaziyyat Müsabiqəsi, "FİSO" Beynəlxalq Riyaziyyat və İngilis dili Olimpiadası, "STEM" Olimpiadası, Asiya Beynəlxalq Riyaziyyat Olimpiadası (AİMO), "İMEC Online" Riyaziyyat Müsabiqəsi, Amerika Riyaziyyat Olimpiadası (AMO), "Kopernik" Olimpiadası "SAF 2022" Beynəlxalq STEAM Azərbaycan Festivalını bu yarışların timsalında qeyd edə bilərik. Qürur hissləri ilə nəzərinizə çatdırırıq ki, liseyimizin 3 komandası 2021-ci ildə Azərbaycanda ilk dəfə keçirilən və gələcəyin ixtiraçılarını bir araya toplayan "Teknofest" Aviasiya, Kosmos və Texnologiya Festivalında da iştirak edərək final mərhələsinə vəsiqə qazanıblar.
Bildirmək istəyirik ki, 10-12 yanvar 2025-ci il tarixində İdrak liseyində beynəlxalq təcrübəli  mütəxəssislərin dəstəyi ilə İdrak İnternational Model United Nations (İdrakİMUN) şagird konfransı keçiriləcəkdir.                                                                                                                         
 Konfransın açılış mərasimi Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilib. Qapanış mərasimi isə şəhərin ən tanınmış restoranlarından birində baş tutacaq.                                                                                                                                                          
Model Birləşmiş Millətlər (MUN) konfransları, tələbələrin müxtəlif ölkələri təmsil edən nümayəndələr kimi rol oynadığı təhsil simulyasiyalarıdır. İştirakçılar qlobal məsələlər üzərində müzakirələr aparır, bu da Birləşmiş Millətlər Təşkilatının prosedurlarını əks etdirir. MUN konfransları adətən aşağıdakıları əhatə edir:
1. Komitələr: İştirakçılar Müxtəlif mövzulara fokuslanan Baş Assambleya, Təhlükəsizlik Şurası və ya ixtisaslaşmış agentliklər kimi spesifik komitələrə təyin olunurlar.
2. Müzakirə və Qətnamə: Nümayəndələr məsələləri müzakirə edir, qətnamələr təklif edir və iqlim dəyişikliyi, insan hüquqları və beynəlxalq təhlükəsizlik kimi çağırışlarla mübarizə aparmaq üçün başqaları ilə əməkdaşlıq edirlər.
3. Tədqiqat və Hazırlıq: Nümayəndələr konfrans zamanı öz maraqlarını effektiv şəkildə təmsil etmək üçün təyin olunmuş ölkələrinin siyasət və mövqelərini araşdırırlar.
4. Bacarıqların İnkişafı: Konfrans iştirakçılara ictimai nitq, tənqidi düşüncə, danışıqlar və komanda işinə dair bacarıqları inkişaf etdirməyə kömək edir.
5. Şəbəkələşmə: Eyni zamanda, fərqli düşüncə və xarakterə malik insanlarla tanış olmaq üçün imkanlar təqdim edir, beynəlxalq şüur və diplomatiyanı gücləndirir.
MUN konfransları müxtəlif səviyyələrdə, yerli məktəblərdən beynəlxalq tədbirlərə qədər keçirilir və bu, onları geniş iştirakçı qrupuna əlçatan edir. Beləliklə də, Birləşmiş Millətlər Təşkilatının məktəb modeli olan bu konfransa qatılmaqla şagirdlərimiz qlobal mövzuları müzakirə etmək, debatlarda aktiv iştirak etmək və beynəlmiləl mühitin bir parçası olmaq şansı əldə edəcəklər.
/ azxeber.com

Sosial       Tarix: 11 yanvar 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır

Tovuz və Gədəbəy rayonlarının ucqar dağ kəndlərinə qar yağır. Bu gün səhər saatlarından etibarən Tovuz rayonunun Mollayrım, Hacıhəsənli, Kirən, Xınnakirən, Sofular, Qalaboyun, Xatıncan, Baqqallı, Saladınlı və ətraf yaşayı

Bu ölkələrin Konstitusiyası yoxdur – Bəs necə idarə olunurlar?

Bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Ölkənin Əsas Qanunu 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dünyanın əksər ölkələrində dövlətin idarəçili

Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan

Mustafa Kamal Atatürkün mirasından sui-istifadə edənlər onilliklər ərzində bu millətə yuxarıdan aşağı baxdılar. Qazinin fikirlərini öz siyasi məqsədlərinə uyğunlaşdırmaq üçün təhrif edərək, bu millətə ən böyük ziyanı vurdular

Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR

 Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP rayon təşkilatının

Bu ölkədə cəmi iki faiz əhali vergi odəyir

Hindistanda əhalinin cəmi 2 faizinin vergi ödədiyi bildirilir. Ölkədə iqtisadi fəaliyyətin böyük hissəsinin qeyri-formal sektor çərçivəsində həyata keçirilməsi, kənd təsərrüfatının vergidən azad olması və vergi sistemindək

Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü

Bakıda ağır qəza zamanı xəsarət alan şəxs iş adamı imiş. -a istinadən xəbər verir ki, noyabrın 4-də paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs iş adamı Şənli

Qubada ağır qəzada ölən gəncin fotosu

Quba rayonunun Tüləkəran kəndi ərazisində qeydə alınan ağır qəzada ölən 2003-cü il təvəllüdlü Fəqan Ədilovun fotosu yayılıb. Qeyd edək ki, hadisə zamanı "Lada Niva" markalı avtomobil dərəyə aşıb. Qəza nəticəsind

Nigar Kərimova direktor təyin olundu

Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Qeyd edilib ki, digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərin

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb. "Report"-a istinadən xəbər verir ki, hadisə şəhərin Dəmir Yolu Vağzalı yaxınlığında olan binalardan birində qeydə alınıb. Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloj


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər valyuta məzənnələri valyuta mezennesi 2026 sonxeber.az