İƏT-in Komissiyası Ermənistanın Azərbaycan xalqına qarşı cinayətlərinə dair hesabat hazırlayacaq

İƏT-in Komissiyası Ermənistanın Azərbaycan xalqına qarşı cinayətlərinə dair hesabat hazırlayacaq"Bizim Gəncəyə gəlməyimizin əsas məqsədi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri və nümayəndə heyətləri kimi Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərin yerində araşdırmaqdır".
Azxeber.com APA-ya istinadən xəbər verir ki, bunu komissiyanın sədri Saeed Mohamed Abdulla Omair Alghfeli Gəncədə keçirilən mətbuat konfransında deyib.
"Biz artıq üç gündür, Azərbaycandayıq. Bura gələrkən Ombudsman, bir çox dövlət məmurları ilə görüşdük. Əsas məqsəd Azərbaycan xalqına qarşı törədilmiş hadisələr barədə məlumat əldə etməkdir. Biz Bakı səfərindən sonra Ağdam şəhərinə baş çəkdik. İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti kimi bizim əsas missiyamız ondan ibarətdir ki, gördüyümüz faktları yerində araşdıraq. Ağdamda ermənilər tərəfindən dağıdılmış evləri, obyektləri, muzeyləri müşahidə etdik, burada erməni vandalizminin şahidi olduq. Ağdamda ermənilər tərəfindən sökülmüş və yandırılmış evləri gördük. Gördüklərimizin hamısı bizdə olduqca pis təəssürat yaratdı. Ağdamdakı sökülmüş muzeylər tarixə hörmətsizlikdir. Daha sonra Tərtər rayonunda olduq. Orada məktəblərin raket atəşinə tutulması əlbəttə ki, mülki əhaliyə qarşı beynəlxalq insan hüquqlarının pozulması deməkdir. Bunların hamısı məyusluq hissi yaradır", - deyə sədr bildirib.
O, həmçinin, Ağdam şəhərində minalanmış əraziləri gözləri ilə gördüklərini qeyd edib, bildirib ki, həmin ərazilər olduqca təhlükəlidir.
"Ümid edirik, Azərbaycan hökuməti işğaldan azad olunmuş torpaqlarında bərpa işlərini qısa zamanda uğurla həyata keçirəcək", - komissiyanın sədri bildirib.
O əlavə edib ki, Azərbaycana səfərin əsas məqsədi bütün faktları yerində araşdırıb, onları sənədləşdirib, şəkillər, video-sübutlar əldə edib, yığılmış materiallar əsasında hesabat hazırlamaqdır.
Hesabat bütün beynəlxalq və müstəqil qurumlara göndəriləcək.

Siyasi       Tarix: 26 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bu gun sonxabar az beynelxalq bank mezenne enson xeberler