"İki od arasında": Bakıda qaçırıldığını deyən kişi rəsmi arvadının yanında tapıldı
"İki od arasında": Bakıda qaçırıldığını deyən kişi rəsmi arvadının yanında tapıldı
Ötən bazar günü Bakının Yasamal rayonunda maraqlı hadisə baş verib. Kişi vətəndaş nikahında olduğu həyat yoldaşına nəticələrini düşünmədən, bir cinayətin qurbanı olduğunu deyib.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
"Yanvarın 26-da 33 yaşlı Biləcəri qəsəbə sakini S.A. Yasamal rayonu 28-ci Polis Bölməsinə müraciət edib. Onun sözlərinə görə, həmin gün vətəndaş nikahında olduğu əri Z.Q. "Niva" markalı avtomobilini satmağa gedib.
İddiaya görə, o, maşınını Bakı Dairəvi yol adlanan əraizdə yerləşən bir bazarda satışa çıxarmağı planlaşdırıb. Saat 15:45-də kişi arvadına zəng edərək, maşınla birlikdə yad adamların onu qaçırdıqlarını bildirib.
İstintaq prosesində müəyyən edilib ki, heç bir qaçırılma hadisəsi baş verməyib. Fırıldaqçı həmin gün axşam saatlarında Füzuli rayonunun Qarabağ kəndində rəsmi həyat yoldaşının yanında tapılıb. Beləliklə, "ikiarvadlı"nın yalanının üstü açılıb", - deyə məlumatda bildirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbət əsnasında kişi yalan danışdığını etiraf edib. Onun sözlərinə görə, "sadəcə ikinci arvadın onu bir neçə gün axtarmamasını istəyib" və "polisə müraciət edəcəyini ağlına gətirməyib".
"Vətəndaş nikahında olan qadının belə etməsi təbiidir, istənilən normal insan belə edər. Bir arvadın öhdəsindən gələ bilmirsiniz, bu isə ikisinin arasında qalıb", - deyə polis zarafat edib.
Yanvarın 27-də "ikiarvadlı" izahat vermək üçün polis idarəsinə dəvət edilib.
Ramella İbrahimxəlilova /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb