İki vaksinin kombinəsi əks təsir göstərə bilərmi? - Həkimdən AÇIQLAMA
Əvvəllər sual verilirdi ki, vaksin vurduraq, ya yox? İndi bu sual azalıb.
Hazırda aktual olan sual: Birinci doza "Sinovac" almışamsa, ikinci doza kimi "Pfizer" ala bilərəmmi?
Qısa cavab verim. Bəli, nəinki vurdura bilərsiniz, hətta vaksinləri kombinasiya etmək, qarışdırmaq daha məsləhətdir.
Buna görə tədqiqatlar da aparılıb. Məlum olub ki, ənənəvi vektor vaksinləri ilə yeni era mRNA vaksinlərini (Pfizer) kombinasiya etmək daha güclü immunitet yaradır, nəinki eyni vaksini iki dəfə vurdurmaq.
"XəzərXəbər" bildiri ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.
Həkim bildirib ki, tədqiqatda vektor + mRNA kombinasiyası iki mRNA vaksininin əmələ gətirdiyi immunitetdən də güclü olub:
"Delta variantından qorunmaq üçün vaksinlərin dəyişik vurulması məsləhət görülüb. Əvvəlcə "Sinovac", sonra "Pfizer" vurulması daha məsləhətdir. Nəinki əvvəlcə "Pfizer", sonra "Sinovac". Həm də iki vaksinin kombinə edilməsi zamanı əlavə təsirlər də az görülüb və daha təhlükəsiz olduğu məlum olub.
Hansı vaksini məsləhət görürsünüz sualının cavabı budur: Əvvəlcə "Sinovac", sonra "Pfizer". Mən tibbi tərəfini izah etdim. Amma bilmirəm siz ikinci dozanı fərqli istəsəniz, poliklinkada işləyənlər, vaksin vuranlar sizə nə cavab verəcək. Çünki Ümumdünya Səhiyyə Təşkilatı ikinci vaksin seçimi qərarını qarışıqlıq olmasın deyə vətəndaşların yox, yerli səhiyyə rəhbərlərinin, qurumlarının verməsini məsləhət görüb".
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR