İlham Əliyev Donald Trampı təbrik edib

İlham Əliyev Donald Trampı təbrik edibAzərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş Prezidenti Donald Trampa təbrik məktubu göndərib.
azxeber.com-un məlumatına görə, təbrikdə deyilir:
"Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir.
Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir.
Siz birinci prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlığımızın davamlı və ardıcıl inkişafına böyük diqqət ayırırdınız. Məmnunluqla qeyd etmək istərdim ki, bu dövr ərzində qarşılıqlı etimad və dəstəyə əsaslanan tərəfdaşlığımız, o cümlədən bir sıra mühüm sahələrdə, xüsusilə də qlobal çağırışlara və terrorizmə qarşı mübarizədə, beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində birgə fəaliyyətimiz dinamik və yüksələn xətt üzrə inkişafı ilə səciyyələnirdi. Azərbaycanın enerji strategiyasına Sizin daim qətiyyətli dəstəyinizi xüsusi qeyd etmək istərdim.
Biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik. İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır.
Azərbaycan bundan sonra da Cənubi Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Əminəm ki, Azərbaycan-ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bir daha Sizə ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Amerika xalqının rifahı naminə qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

Siyasi       Tarix: 07 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberler cəbhədən son dəqiqə cəbhədən son vəziyyət cəbhədən görüntüleri