İlham Əliyev: 'Ermənistan İranla əlbir olaraq
"Təxminən, 30 il ərzində Ermənistan İran ilə əlbir olaraq Avropaya narkotik vasitələrin daşınması üçün işğal edilmiş ərazilərimizdən istifadə edib".
Azxeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında deyib.
Prezident vurğulayıb ki, ötən il Azərbaycan daha əvvəl Ermənistanın nəzarətində olan İran ilə 130 km-lik dövlət sərhəddi üzərində nəzarəti bərpa etdikdən sonra İrandan Azərbaycanın Cəbrayıl rayonu ərazisindən keçməklə Ermənistana, oradan da Avropaya narkotik vasitələrin daşınmasının yolunu kəsdi: "Azərbaycan-İran sərhəddinin digər hissələrində tərəfimizdən qarşısı alınan heroinin həcmi əvvəlki illərin analoji dövrü ilə müqayisədə 2 dəfə artıb. Bu ondan xəbər verir ki, təxminən, 30 il ərzində Ermənistan İran ilə əlbir olaraq işğal edilmiş ərazilər vasitəsilə Avropaya narkotik vasitələrin daşınmasını həyata keçirib".
"İşğal dövründə dəfələrlə bəyan etmişdim ki, işğal altında olan ərazilər narkotik vasitələrin daşınması və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. İndi bu, artıq sübut edilmiş faktdır", - dövlət başçısı bildirib.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı