İlham Əliyev: Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü artırır - VİDEO

İlham Əliyev: Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü artırır - VİDEOİlham Əliyev: Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü artırır - VİDEO
Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala rayonunda TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimi keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz çıxış edərək layihə haqqında məlumat verib. Sonra TANAP layihəsi çərçivəsində görülən işləri əks etdirən videoçarx nümayiş etdirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxış edib:
"Bu gün tarixi bir gündür. Əminəm ki, TANAP-ın ömrü uzun olacaq. TANAP Türkiyə və Azərbaycana böyük xeyir gətirəcək. TANAP-a aparan yol tarixi İstanbul Anlaşması ilə başladı. Tarixi İstanbul Anlaşması birgə siyasi iradənin nəticəsində mümkün olub. Çünki bu anlaşmanın qəbul edilməsinə qədər qazın Avropaya nəqlində böyük mübahisələr yaşanıb.
Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla bu layihəyə başlamaq haqqında qərar verdik. Layihənin əsas maliyyə yükünü Azərbaycan və Türkiyə üzərinə götürüb.
Bakı-Tbilisi-Ceyhan kəməri olmasaydı, bu layihə mümkün olmazdı. BTC ilə bu günə qədər 450 milyon tondan çox neft dünya bazarına çıxarılıb. Bunun 400 milyon tonunu Azərbaycan nefti təşkil edir.
2007-ci ildə Bakı-Tbilisi-Ərzurum xətti layihəsini açmışdıq. Bu da TANAP üçün vacib irəliləyiş idi".
Prezident bildirib ki, TANAP Cənub Qaz Dəhlizinin bir parçasıdır:
"Bu gün Cənub Qaz Dəhlizi yeddi ölkəni birləşdirir  və bu artıq beynəlxalq əməkdaşlıqdır. Bu layihə daha böyük anlaşmalara yol açacaq. Bunlardan üçü Avropa Birliyi ölkələridir, uzun illər birlikdə çalışacaq və faydasını bölüşəcəklər. Bu layihələrə, sadəcə, enerji layihələri kimi baxmaq doğru deyil.
İki il əvvəl əziz qardaşım Ərdoğanla Bakı-Tbilisi-Qars Dəmiryolu layihəsini həyata keçirdik.
Digər bir layihə elektrik enerjisinin əldə edilməsidir. Əgər bu bölgədə sabitlik olmasaydı, qarşılıqlı dəstək və anlaşma olmasaydı, bunların heç biri həyata keçməzdi. Dünyada ikinci bir ölkə tanımıram ki, Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olsun.
Türkiyə bu günə qədər Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox investisiya, Azərbaycan Türkiyə iqtisadiyyatına 17,5 milyard dollar investisiya yatırıb.
Əziz qardaşım Ərdoğanın liderliyi sayəsində Türkiyə böyük nailiyyətlərə imza atdı. Əvvəlki illəri xatırlayırıq. İMF kimi qurumlara iqtisadi asılılıq vardı. Əziz qardaşım Ərdoğan sayəsində Türkiyə iqtisadi asılılıqdan xilas oldu. Türkiyə bu gün dünyada çox önəmli bir güc mərkəzidir.
Türkiyənin gücü bizim gücümüzdür. Bundan sonra iki qardaş ölkə olaraq irəli gedəcəyik. Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü artırır. İqtisadi güc nəticədə siyasi gücə çevrilir. TANAP eyni zamanda enerji təhlükəsizliyi layihəsidir.
İstehsalçı ölkə Azərbaycan, tranzit ölkələr və istehlakçı ölkələr birlikdə fəaliyyət göstərir. Bu layihələr bölgədəki sabitliyi artırır. Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı!"

/oxu.az

Siyasi       Tarix: 01 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeberler qarabag maliyye xeberler bugun son xəbərlər azərbaycanda