İlham Əliyev Miroslav Layçakla görüşdü - YENİLƏNİB + FOTO

İlham Əliyev Miroslav Layçakla görüşdü - YENİLƏNİB + FOTOİlham Əliyev Miroslav Layçakla görüşdü - YENİLƏNİB + FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Slovakiya Respublikasının Xarici İşlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:
"Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadıq. Əminəm ki, səfəriniz çox səmərəli və uğurlu olacaq. Əlbəttə ki, biz ikitərəfli əməkdaşlığımızla bağlı məsələləri əhatə edəcəyik və həmçinin ATƏT-in sədri kimi bizim ənənəvi gündəliyimiz var.
Əminəm ki, səfər əlaqələrimizin inkişafına öz töhfəsini verəcək. Düşünürəm ki, hazırda əlaqələrimiz yeni, çox fəal mərhələyə qədəm qoyur. Nisbətən bu yaxınlarda biz burada Baş Nazirlə görüşdük və tərəfdaşlığımızı inkişaf etdirməklə bağlı çox yaxşı söhbətimiz oldu, fikir mübadiləsi apardıq.
Bizim uğurla əməkdaşlıq edə biləcəyimiz çoxsaylı məsələlər var. Sözsüz ki, biz yaxşı siyasi əlaqələrə malikik. Lakin biz hələ də çox aşağı olan ticarət dövriyyəmizin artması üzərində diqqəti cəmləşdirməli və bunu etmək üçün yollar axtarmalıyıq. Zənnimcə, yollardan biri biznes dairələrimiz arasında daha fəal qarşılıqlı əlaqə ola bilər.
Bəlkə də, müəyyən mərhələdə biz potensialımızı təqdim etmək üçün birgə biznes forum, bəzi başqa tədbirlər təşkil edə bilərik. Çünki ticarət dövriyyəmizin aşağı olmasının səbəblərindən biri məlumat çatışmazlığıdır. Bizim daha çox ünsiyyətimiz, potensialla bağlı daha çox məlumatımız olsa, əminəm ki, bunun müsbət təsiri olacaq.
Əlbəttə, düşünürəm ki, ölkələri birləşdirən layihələrlə bağlı məsələlər maraq kəsb edə bilər. Bildiyiniz kimi, hazırda Azərbaycan nəqliyyat sahəsində körpülərin yaradılması ilə fəal məşğul olur. Biz artıq öz dəmir yolu sistemimizin Gürcüstan və Türkiyə vasitəsilə Avropa və Xəzər hövzəsi ətrafında olan tərəfdaşlarımızla birləşdirilməsi sahəsində çox yaxşı uğur qazanmışıq.
Biz artıq Çindən və Mərkəzi Asiya ölkələrindən yükləri qəbul etməyə, tranzit daşımalara başlamışıq və onun həcmi artır. Ona görə də düşünürəm ki, biz yük daşımalarının artmasına birgə necə töhfə verəcəyimizlə bağlı nəqliyyat rəsmiləri arasında məsləhətləşmələrə başlaya bilərik.
Sözsüz ki, enerji təhlükəsizliyi avropalı tərəfdaşlarla əməkdaşlığın ənənəvi mövzusudur. Biz bütün əsas transmilli enerji layihələrimizi uğurla həyata keçirmişik və çox tezliklə - bir neçə günə bizim təbii qaz fiziki olaraq artıq Avropa İttifaqının sərhədində olacaq. Bu, bir sıra ölkələr və həmçinin, Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlıq sayəsində əldə olunmuş çox nəzərəçarpan nailiyyətdir.
Bildiyiniz kimi, Azərbaycan və Avropa İttifaqı ənənəvi olaraq Cənub Qaz Dəhlizi Məşvərət Şurasını keçirir. Biz artıq 5 iclas keçirmişik. Növbəti iclas gələn ilin fevralında keçiriləcək. Əməkdaşlığın bu formatı çox səmərəlidir.
Əlbəttə ki, tərəfdaşlığımızla əlaqədar bir çox başqa məsələlər də var. Viza rejiminin liberallaşdırılması sayəsində indi Slovakiyadan gələnlər Azərbaycana asan giriş əldə edirlər. Eşidəndə ki, siz ölkəmizdə səfirlik açırsınız, çox şad oldum.
Bu, çox müsbət göstəricidir. Mən, həmçinin, öz komandamıza eyni istiqamətdə hərəkətə başlamaq tapşırığını vermişəm. Beləliklə, bizim də təqdımatımız olacaq və bu, əlbəttə ki, əməkdaşlıq üçün daha çox imkanların tapılmasına kömək edəcək.
ATƏT məsələlərinə gəldikdə, sözsüz ki, münaqişə regionun böyük problemidir, region üçün böyük təhlükədir. Əfsuslar ki, hesab edirəm, bu il əldən verilmiş fürsətlər ili olmuşdur. Bunun başvermə səbəbi isə Ermənistanın beynəlxalq hüququn normalarına əməl etmək, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və ATƏT tərəfindən qəbul olunmuş qətnamələri icra etmək istəməməsi ilə bağlıdır.
Bu il ölkə başçıları səviyyəsində, həmçinin Xarici İşlər nazirləri səviyyəsində danışıqların bir neçə mərhələsi olmuşdur. Növbəti görüş tezliklə sizin ölkənizdə olacaqdır. Ümid edirik ki, növbəti il daha məhsuldar olacaq. Çünki münaqişənin ən tez müddətdə həll olunması Azərbaycanın və əminəm ki, Ermənistanın maraqlarına xidmət edir. Lakin bu məsələdə hər hansı bir irəliləyişə nail olmaq üçün yerlərdə praktiki addımlar atılmalıdır.
Birinci addım Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin, ərazilərinin deokkupasiyasının başlanılmasıdır. Əlbəttə, biz bir çox başqa məsələləri də müzakirə edəcəyik, lakin düşünürəm ki, başlanğıc üçün bu qədər yetər".
Slovakiyanın Xarici İşlər və Avropa naziri Miroslav Layçak deyib:
"Çox sağ olun, cənab Prezident. Bakıya yenidən gəlmək məndə böyük məmnunluq hissi oyadır. Məni və nümayəndə heyətimizi qəbul etmək üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm.
Böyük sevinc hissi ilə demək istəyirəm ki, mənim Bakıda keçirəcəyim vaxtın ən önəmli hissəsi burada Slovakiya səfirliyinin açılışı olacaqdır. Bununla biz vədimizi yerinə yetiririk və ikitərəfli münasibətlərimizdə yeni mərhələnin açılışını edirik.
Fakt ondan ibarətdir ki, biz ölkənizin böyük potensialına bələdik. Artıq neçə ildir heç bir şübhəmiz yox idi ki, burada təmsilçiliyimiz olmalıdır. Nəhayət, zəruri resursları tapa bildik və bu gündən etibarən biz rəsmi olaraq burada olacağıq. Mən bizim ən təcrübəli səfirlərimizdən biri olan və adı mənim adıma çox oxşayan Layçakı bura göndərmişəm".
Slovakiyanın Xarici İşlər və Avropa naziri Miroslav Layçak Azərbaycanın regiondakı strateji mövqeyini çox yüksək qiymətləndirdiklərini bildirib.
Görüşdə Azərbaycan-Slovakiya hökumətlərarası birgə əməkdaşlıq komissiyasının yaradılması, kənd təsərrüfatı, əczaçılıq, enerji, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
13:28
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Slovakiya Respublikasının Xarici və Avropa İşləri naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
İlham Əliyev Miroslav Layçakla görüşdü - YENİLƏNİB + FOTOİlham Əliyev Miroslav Layçakla görüşdü - YENİLƏNİB + FOTO

Siyasi       Tarix: 28 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeberler qarabag maliyye xeberler bugun son xəbərlər azərbaycanda