İlham Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolar

İlham Əliyev və Pelleqrini Baş Qərvənddə - FotolarAzərbaycan Prezidenti İlham Əliyev və ölkədə rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoyublar.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Azərbaycan və Slovakiya prezidentlərinə Ağdamın Baş Qərvənd kəndində görülən işlər barədə məlumat verib.
Baş Qərvənd kəndi Bərdə-Ağdam avtomobil yolunun və Bərdə-Ağdam dəmir yolu xəttinin sağ tərəfində, Ağdam şəhərinin mərkəzindən 18 kilometr məsafədə yerləşir. Uzun illər erməni işğalı altında qalan kənd 2020-ci il noyabrın 20-də azad edilib.
Prezident İlham Əliyev kəndin təməlini 2023-cü il dekabrın 24-də qoyub.
Hazırda kənddə zəruri sosial infrastruktur qurulur, o cümlədən inzibati və xidmət binaları inşa edilir. Burada çoxfunksiyalı inzibati bina, tibb məntəqəsi, tam orta məktəb, uşaq bağçaları olacaq.
Kənddə ümumi uzunluğu 35 kilometr olan avtomobil yolları çəkilir, rabitə sistemi, elektrik, qaz, içməli su və çirkab suların axıdılması şəbəkələri yaradılır. Enerji daşıyıcılarına qənaət etmək məqsədilə Baş Qərvənd kəndində alternativ enerjidən istifadə olunacaq.
Azərbaycan və Slovakiya prezidentlərinə Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəbi barədə də məlumat verildi.
Bildirildi ki, məktəbin ərazisi 3 hektardır. Binada ümumilikdə 35 sinif, texnologiya, hərbi hazırlıq, kompüter otaqları, kitabxana, fizika, biologiya və kimya laboratoriyaları yaradılacaq.
Burada, eyni zamanda, akt və idman zalları, bufet və digər zəruri tədris infrastrukturu olacaq.
Binanın elektrik təchizatını təmin etmək üçün Günəş panellərinin quraşdırılması nəzərdə tutulur.
Məktəbin ərazisində həm şagirdlər, həm də sakinlər üçün qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri yaradılacaq, yaşıllıq zolaqları salınacaq.
Azərbaycan və Slovakiya prezidentləri məktəbin təməlini qoyublar.
Qeyd edək ki, Baş Qərvənd kəndinin inşasında Slovakiya şirkətləri iştirak edirlər. Kənddə inşa olunacaq məktəb isə Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunur.
Sonra dövlət başçıları kənddə inşa edilmiş evdə yaradılan şəraitlə tanış olublar.
Diqqətə çatdırılıb ki, ümumi ərazisi 480 hektara yaxın olan kəndin tikintisi 2 mərhələdə aparılacaq. Birinci mərhələ 200 hektardan çox sahəni əhatə edir. Bu mərhələdə 3703 nəfərin yaşayışı üçün 851 fərdi ev inşa olunacaq. Evlərdən 170-i ikiotaqlı, 417-si üçotaqlı, 145-i dördotaqlı, 119-u isə beşotaqlıdır.
İlham Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolarİlham Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolarİlham Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolarİlham Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolarİlham Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolarİlham Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolarİlham Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolarİlham Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolarİlham Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolarİlham Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolarİlham Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolarİlham Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolarİlham Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolarİlham Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolarİlham Əliyev və Pelleqrini Baş Qərvənddə - Fotolar/ azxeber.com

Siyasi       Tarix: 14 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

140-dan çox ölkədən 2700-ə yaxın nümayəndə Bakıda bir araya gəldi - Bu məsələlər müzakirə edildi

7-11 sentyabrda Azərbaycanın ev sahibliyi və təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCC) dördüncü İqlim Həftəsi və paralel olaraq Bak

"Polşa dövlətçiliyi iki-üç günə yox olacaq" - Rusiya hədə-qorxu gəldi

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya prezidenti Vladimir Putinin Moskvanın Avropa ilə müharibə aparmaq üçün heç bir əsasının olmadığı barədə sözlərinə qulaq asmır. KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Lavrov Zarubinə güc tətbiq etdi, bunları dedi

Rusiya xarici işlər naziri Sergey Lavrov BRİKS sammitində jurnalist Pavel Zarubinlə maraqlı dialoqu ilə diqqət çəkib. KONKRET. -a istinadən xəbər verir ki, hadisə Rusiya Prezidenti Vladimir Putinlə Hindistanın Baş nazir

Hikmət Hacıyevdən Qafqaz Albaniyasının hökmdarı ilə bağlı paylaşım

Prezidentin köməkçisi Hikmət Hacıyev Həsən Cəlal Dəvlanın nəslindən olan Həsən Cəlal Allahverdibəyovun məzarüstü abidəsi ilə bağlı paylaşım edib. xəbər verir ki, Hikmət Hacıyev bu barədə "X" hesabında paylaşım edib

Putin: Rusiyaya qarşı 30 mindən çox sanksiya tətbiq edilib

Rusiyaya qarşı 30 mindən çox sanksiya tətbiq edilib ki, bu da digər bütün ölkələrə tətbiq edilən məhdudiyyətlərin ümumi sayından təxminən iki dəfə çoxdur. xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Nyu-Dehlid

Peskov: "Dünya Avropa və ABŞ-dən ibarət deyil"

Dünya Avropa və ABŞ ölkələri ilə məhdudlaşmır. Qlobal çoxluq – həm cənubda, həm də şimalda yerləşən ölkələr – daha geniş və zəngin bir məkandır. KONKRET.azxəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Pesko

"Xanımımla Şuşada daha çox qalmaq üçün nə edə biləcəyimizi planlaşdırdıq

"Bu, Şuşaya ilk səfərim deyil. Mən artıq 10 dəfədən çox Şuşa şəhərində olmuşam. Demək olar ki, Şuşaya vurulmuşam". xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmo

Medvedyevdən SƏRT XƏBƏRDARLIQ: Litva dünya xəritəsindən silinə bilər

Rusiya ilə hərbi münaqişə baş verəcəyi təqdirdə Litva "dünya xəritəsindən silinə bilər". xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bəyan edib. Onun sözlərinə görə, Litv

Zelenskidən KRİTİK TƏKLİF: "Rusiya bu addımı atsa..."

Ukrayna qarşılıqlı addım atılacağı təqdirdə Rusiyanın kritik infrastruktur obyektlərinə zərbələr endirməməyə hazırdır. xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber son.xabar xeberler cəbhədən son xəbərlər 2026