İlham Əliyevin fövqəladə Zirvə görüşündə verdiyi mesajlar - ŞƏRH

İlham Əliyevin fövqəladə Zirvə görüşündə verdiyi mesajlar - ŞƏRH İlham Əliyevin fövqəladə Zirvə görüşündə verdiyi mesajlar - ŞƏRH
Aprelin 11-də Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib.
Koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunan Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışında Türk Şurasına üzv dövlətlər arasında qardaşlıq, həmrəylik qırmızı xətt kimi keçdi.
Ölkə başçısı üzv dövlətlər arasında qarşılıqlı siyasi, iqtisadi, ticari və digər sahələrdə əməkdaşlıq, əlaqələndirmə və koordinasiyanın möhkəm təməllər üzərində qurulduğunun mesajını verdi.
Prezidentin Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsinə təşəbbüs göstərməsi, iclasda verdiyi bəyanatın məzmunu özündə mühüm qlobal və regional çağırışları ehtiva edir.
İlham Əliyev deyib ki, bu, bizim nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürüdür.
"Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır", - deyə Prezident əlavə edib.
Dövlət başçısının Azərbaycanda koronavirus pandemiyasına qarşı görülən tədbirlər konsepsiyasının məzmunu barədə tezisləri də mühüm əhəmiyyət daşıyırdı.
Koronavirusa qarşı mübarizədə Azərbaycan modeli
Prezidentin öz çıxışında Azərbaycanda koronavirusun zərər vurduğu sahələrin müəyyən edilməsi və itkilərin minimallaşdırılması, bank sektorunda kredit faizlərində güzəştlərin edilməsi haqqında ətraflı məlumat verməsi dövlətin postpandemiya dövrünə hazırlıq səviyyəsinin göstəricisidir.
İlham Əliyev koronavirusla əlaqədar tətbiq edilən xüsusi karantin rejiminə görə 300 mindən çox muzdlu işçiyə əməkhaqqı məsələsində yardım göstəriləcəyini xatırlatdı, işsiz statusu olan şəxslərə isə birdəfəlik ödəmə veriləcəyini bir daha bəyan etdi.
Prezidentin beynəlxalq təşkilat vasitəsilə bəyanatının ana xətti onu göstərdi ki, pandemiyaya baxmayaraq, ölkədə sosial layihələrin təxirə salınmasından söhbət gedə bilməz.
İlham Əliyev Azərbaycan əhalisinin sağlamlığının qorunmasının və həyat səviyyəsinin daha da yaxşılaşdırılmasının vacib olduğunu ön plana çəkdi.
Bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir. Digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır – bunu da Prezident toplantıda vurğulayıb.
Koronavirusla mübarizə çərçivəsində hökumətin xüsusi risk qrupuna daxil olan tibb işçilərinə diqqət göstərməsi də toplantı iştirakçılarının diqqətinə çatdırıldı.
"Həkimlərimizin və tibb işçilərimizin koronavirusa qarşı mübarizədə xidmətlərini yüksək qiymətləndiririk. Koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4 və 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən qayğının təzahürüdür", - deyə Prezident əlavə edib.
İlham Əliyev ölkə daxilində görülən işlərlə yanaşı, Azərbaycanın ayrı-ayrı dövlətlərə yardım göstərdiyini də vurğulayıb.
Azərbaycan iqtisadi mərkəz kimi
Azərbaycanın Türk Şurasına üzv ölkələr üçün mərkəzi iqtisadi sima rolunda çıxış etməsi ölkə qarşısında ticari əlaqələrdə də çağırışlar qoyur.
Bu mənada, koronavirus infeksiyasının sürətlə yayılmasına baxmayaraq, Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşıb.
İlham Əliyev bu sahədən də danışaraq, qeyd edib ki, Azərbaycan tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görüb.
"Qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində ölkələrimiz arasında beynəlxalq yükdaşımaları fasiləsiz olaraq həyata keçirilir. Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə, 40 min ton çoxdur", - deyə Prezident söyləyib.
İlham Əliyevin Zirvə görüşünün tribunasından bütün sahələri əhatə edən çıxışını bir cümlə ilə ifadə etsək deyə bilərik: Azərbaycan hökuməti bütün növ problemlərə qarşı özünün iqtisadi resurslarını işə salmaq, mövcud ehtiyatlarını səfərbər etmək gücündədir.
Aqşin Kərimov /oxu.az

Siyasi       Tarix: 11 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl


son xeberler azerbaycan xeberleri yeni xeberler idman xeberleri maliyye xeberler bugun novruz bayramı sou biznes