"İlham Əliyevin növbəti dəfə ŞƏT-ə dəvət olunması Azərbaycanın artan siyasi və iqtisadi gücündən xəbər verir

Xəbər verdiyimiz kimi, iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində "ŞƏT plyus" formatında görüş keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Azərbaycanın növbəti siyasi uğuruna münasibət bildirən QHT sədri, internet-media ekspert Səbuhi Abbasov bu hadisənin ölkəmizin dünyanın siyasi mənzərəsində tutduğu mühüm yerin isbatı olduğunu dedi: "Prezident İlham Əliyevin son 20 ildə apardığı uğurlu siyasi gedişləri ölkəmizin beynəlxalq aləmdə nüfuzunun durmadan arması ilə nəticələnir. Azərbaycanın Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Zirvə görüşünə ikinci dəfə dəvət olunması dövlətimizin, Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemindəki mühüm rolunu, dünya liderləri arasındakı böyük nüfuzunu əyani təqdimatı idi. Görünən odur ki, digər mühüm beynəlxalq platformalar kimi, ŞƏTdə geosiyasi reallıqları düzgün dəyərləndirir.
Bu platformada dünyanın ən nüfuzlu və mötəbər qurumları təmsil olunur. Azərbaycanın artan siyasi və iqtisadi qüdrəti, strateji coğrafi mövqeyi, icra etdiyi böyük layihələr ölkəmizi dünyanın cazibə mərkəzinə çevirib. Ölkəmizin sahib olduğu tranzit və nəqliyyat-logistika imkanları, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhlizin yaradılmasına verdiyi ciddi dəstək ŞƏT-ə üzv dövlətlərin diqqətini cəlb edir və onlar Azərbaycanla əməkdaşlığa maraq göstərirlər.
Təşkilatın təsisçilərindən olan Qazaxıstan prezidenti Azərbaycanın gələcəkdə bu mötəbər quruma tamhüquqlu üzv ola biləcəyinin anonsunu verməsi isə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir.Azərbaycan 2020-ci ildə BMT-nin icra olunmayan qətnamələrini icra etdi və bölgədə yeni reallıqlar yaratdı. Bu reallıqlar dünyanın iqtisadi, logistika siyasətini yeni mərhələyə daşımışoldu. Şanxay Əməkdaşlıq Təşkilatının sammitləri tək siyasi deyil, eyni zamanda, iqtisadi tribunadır. Xüsusi vurğulamalıyam ki, bütün dünya həm də İlham Əliyevin dünya liderləri ilə münasibətini təhlil etməkdədir. Bu münasibətlər birbaşa İlham Əliyev faktorunun tək regionda deyil, bütün dünyada mühüm rol oynadığını göstərdi" / azxeber.com

Siyasi       Tarix: 06 iyul 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Müharibə, nüvə zərbəsi, ərzaq böhranı: Azərbaycan bunlara hazır olmalıdır

Dünyanın 33 ölkəsində vətəndaşlara fövqəladə hallar üçün evdə ərzaq, içməli su və digər zəruri vasitələr saxlamaq tövsiyə edilir. ABŞ-dan Yaponiyaya, Avropadan Cənubi Amerikaya qədər yayılan bu çağırışların arxasında müharib

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib


son xeberler yeni xeberler azerbaycan xeberleri beynelxalq bank mezenne xeber.az son xeberler xəbər kriminal xeberler