İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır

İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır"Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm".
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məxsus olan sözlər 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbədən sonra bizə qayıdan Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli Zəngilan, Qubadlı kimi, Azərbaycan xalqının 30 il ərzində inamını, ümüdünü də qaytardı. Artıq hamı və hər kəs bu şanlı epopeyanın davam edəcəyinə şübhə etmir, səbrlə gözləyirdi: Xankədinə qayıtmağı, Rusiya sülhməramlılarının çıxıb gedəcəyi günü, Qazaxın və Naxçıvanın işğal altında olan kəndlərinin dönəcəyini.
Lakin çox gözləməyə ehtiyac qalmadı. Cənab Prezidentin siyasət dərsliklərinə daxil olacaq "master klass"ları, Azərbaycana qarşı bloklaşan bədxah qüvvələri bir-bir bərtərəf edən ölçülüb-biçilmiş həmlələri qısa bir zamanda xalqın bu arzu-istəklərini də həyata keçməsini sürətləndirdi: ötən ilin sentyabrında bir günlük antiterror əməliyyatından sonra Xankəndi azad olundu. Separatçı erməni silahlıları Qarabağ torpaqlarından qaçdı. "Özgə atına minən tez düşər" atalar misalı, yerdə qalan bir ovuc etnik erməni də şələ-küləsini dalına alıb, torpaqlarımızı tərk etdi. Onların dalınca Rusiya sülhməramlıları da "bundan sonra bizim burada nə işimiz var" deyərək, öz ölkələrinə qayıtdılar.
Bütün dünyanın qlobal müharibə təhlükəsi ilə çalxalandığı bir vaxtda çox çətin və mürəkkəb olan bu proseslərin qansız-qadasız, topsuz-tüfəngsiz reallaşması tarix və diplomatiya elminin dərindən öyrənməli və təhlil etməli olduğu mühüm bir tədqiqat sahəsidir. Dəqiq olan isə birdir: Bunu yalnız dahi siyasətçilər bacara bilər.
Nəhayət bu gün Azərbaycan xalqı daha bir xoş xəbər aldı. Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündən sonra, tərəflər sərhədlərin delimitasiya prosesinin ilkin mərhələsi ilə bağlı konkret razılaşmaya nail olmuşlar. Bu isə o deməkdir ki, Qazax rayonunun 1991-ci ildən erməni işğalı altında olan 4 kəndi (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı) Azərbaycana qayıdır. Yenə də qansız-qadasız, topsuz-tüfəngsiz, Şəhid vermədən….
Gözün aydın olsun, Azərbaycan! Çox yaşa, Cənab Ali Baş Komandan!
Fərid Şahbazlı
Siyasi şərhçi / azxeber.com

Siyasi       Tarix: 21 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b


azerbaycan xeberleri son xeberler yeni xeberler son xabar xeber xabarlar sonxəbərlər