İlkin Əhmədovun iddialarına qarşı verilişdən - AÇIQLAMA
"Qəti fikrimdir, ərizəm də hazırdır. Mənə açıqlama versinlər ki, niyə bunu ediblər, ailəmin nömrəsini haradan tapıblar? Çıxıb hər yerdə məndən üzr istəsinlər. Yoxsa polisə müraciət edəcəyəm".
azxeber.com xəbər verir ki, bu sözləri xanəndə İlkin Əhmədov Axşam.az-a açıqlamasında deyib.
Onun bu fikirləri səsləndirməsinə səbəb isə ötən gün "7 tamam" verilişində xanəndəyə 3-cü dəfə ata olacağı ilə bağlı xəbərin verilməsi olub.
Özəl həyatının ekranda danışılmağını doğru hesab etməyən İ. Əhmədov verilişin heyətinə xəbərdarlıq edib:
"Proqramın prodüseri olan xanım mənə yazdı ki, sizə necə sürpriz edək? Mən də razılaşmadım, dedim ki, mənə heç nə etməyin. Gediblər mənim razılığım olmadan ailəmin nömrəsini tapıb, anama, bacıma, həyat yoldaşıma zəng ediblər. Hamıya da yalvarıb ki, İlkin bilməsin. Niyə, məqsəd nədir? Əgər mən sizə icazə vermirəmsə, niyə üstümdən aşıb bu dərəcədə irəli getdiniz? Çıxıb hər yerdə məndən üzr istəsinlər. Yoxsa polisə müraciət edəcəyəm" deyə o bildirib.
azxeber.com məsələ ilə bağlı verilişin yaradıcı heyəti ilə əlaqə saxlayıb.
Redaksiyamıza geniş açıqlama verməyən əməkdaşlar bildirib ki, onlar xanəndənin bu çıxışından xəbərsizdirlər:
"Dünən İlkin müəllim verilişimizin qonağı olub. Tək dünən yox, hər zaman onu xüsusi diqqət və sevgi ilə dəvət etmişik. O da eyni hörmətlə verilişimizdə iştirak edib. Qaldı ki, digər məsələyə bununla bağlı bizim bir məlumatımız yoxdur".
Aysel Hacızadə
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır