İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI
Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər.
KONKRET.azrus mediasına istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib.
Həkimin sözlərinə görə, yüksək qan təzyiqi həmişə başgicəllənməyə və ya qulaqlarda cingiltiyə səbəb olmur. İnsan uzun illər hipertoniyadan xəbərsiz yaşaya bilər. Hipertoniya riski 65 yaşdan yuxarı insanlarda, həmçinin piylənmədən əziyyət çəkən, oturaq həyat tərzi keçirən və ya spirtdən sui-istifadə edən hər kəsdə artır.
"120/80-dən aşağı qan təzyiqi normal hesab olunur, daha yuxarı göstəricilər isə insult, infarkt, böyrək problemləri və digər problemlərə səbəb ola bilər. Təzyiqə nəzarət bu fəsadlardan qorunmağa kömək edir. Bəzi hallarda, dərman olmadan həyat tərzinizi dəyişdirmək, məsələn, çəki itirmək kifayətdir", – o bildirib.
Malinovskaya qeyd edib ki, qan təzyiqi yüksəldikdə bunun səbəbini tapmaq lazımdır.
"Hipertoniya ürəyin, qalxanabənzər vəzin, böyrəküstü vəzilərin işinin pozulması, böyrək problemləri, endokrin şişlər nəticəsində yarana bilər", – deyə həkim vurğulayıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Milyarder səkkiz ay ərzində sərvətini itirdi
Əkrəm Həsənov: "Azərbaycandakı yaşayış minimumu sadəcə vətəndaşın fiziki sağ qalması üçündür"
Sabiq vəzifəli şəxs VƏFAT ETDİ - FOTO
Valyuta bazarında son vəziyyət
Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum olub
Türkiyənin 2 şirkəti Azərbaycandakı filiallarını bağlayır
Yeni il ərəfəsində bu məhsullar BAHALAŞA BİLƏR – Ekspertdən XƏBƏRDARLIQ
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
"Sədərək" və "Binə"də nə baş verir? – Narahatedici məqamlar üzə çıxdı
Lamin Yamal Bakıya gəlməyəcək - Qərar
Azərbaycan XİN COP31-in nəticələrini yüksək qiymətləndirdi
"Barselona" "Sabah"la oyun üçün Bakıya onları gətirir
"Sabah" – "Barselona" oyununun hakimləri bilindi
Putin və Si ABŞ-ın qaraciyərini yemək istəyirlər
Trampın adamı Bakıda: Əliyev telefon zəngində bunu xüsusi vurğulayıb, lakin…