İlon Mask Baydenin oğlu ilə bağlı qalmaqallı sənədləri dərc etdi - FOTO

İlon Mask Baydenin oğlu ilə bağlı qalmaqallı sənədləri dərc etdi - FOTOİlon Mask Baydenin oğlu ilə bağlı qalmaqallı sənədləri dərc etdi - FOTO
"Twitter"in sahibi, amerikalı sahibkar və milyarder İlon Mask və jurnalist Mett Taibbi "Twitter"də ABŞ Prezidenti Co Baydenin oğlu Hanterin notbuku ilə bağlı baş verən insidenti ifşa edən bir sıra yazılar dərc edib, həmçinin "Twitter" funksiyalarından siyasi maraqlar üçün istifadə faktlarını açıqlayıblar.
Söhbət ondan gedir ki, notbukda Ukraynanın "Burisma" şirkətinin rəhbəri Vadim Pojarski ilə Hanterin hələ təşkilatın direktorlar şurasının üzvü olduğu vaxta dair yazışmalar tapılıb. Məktubların birində Pojarski Hanter Baydendən şirkətə kömək etmək üçün öz nüfuzundan necə istifadə edə biləcəyi barədə düşünməsini istəyib.
Taibbi "Twitter"in hadisəni gizlətmək üçün həddindən artıq tədbirlər gördüyünü, linkləri sildiyini və məlumatın təhlükəli olduğu barədə istifadəçilərə xəbərdarlıq yolladığını qeyd edib.
"Onlar hətta birbaşa mesajlaşmanı da blokladılar, halbuki belə bir vasitə uşaq pornoqrafiyası kimi müstəsna hallar üçün nəzərdə tutulub", - deyə Taibbi bildirib.
Jurnalist həmçinin qeyd edib ki, sosial şəbəkənin rəhbərliyi respublikaçılarla deyil, demokratlarla daha sıx əlaqə saxlayıb.
Qeyd edək ki, bir müddət əvvəl "Twitter"in sahibi İlon Mask ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenin notbuku ilə bağlı sosial şəbəkədəki qalmaqallarla əlaqədar sənədləri dərc edəcəyinə söz vermişdi. Milyarderin sözlərinə görə, bəzi faktlar hələ də yoxlanılmalıdır və yaxın vaxtlarda materialların dərcinə başlanılacaq.
Xatırladaq ki, ötən il 2019-cu ilə aid bir video yayımlanıb. Kadrlarda Hanter Bayden qiymətli məlumatlarla dolu notbukunun rusiyalı narkotik satıcılarının oğurladığını bildirir. Videoda ABŞ liderinin oğlu eskortla görüntülənib. O, notbukun 2018-ci ildə Las-Veqasda oğurlandığını demişdi.
İlon Mask Baydenin oğlu ilə bağlı qalmaqallı sənədləri dərc etdi - FOTOİlon Mask Baydenin oğlu ilə bağlı qalmaqallı sənədləri dərc etdi - FOTOİlon Mask Baydenin oğlu ilə bağlı qalmaqallı sənədləri dərc etdi - FOTOİlon Mask Baydenin oğlu ilə bağlı qalmaqallı sənədləri dərc etdi - FOTOİlon Mask Baydenin oğlu ilə bağlı qalmaqallı sənədləri dərc etdi - FOTOİlon Mask Baydenin oğlu ilə bağlı qalmaqallı sənədləri dərc etdi - FOTOİlon Mask Baydenin oğlu ilə bağlı qalmaqallı sənədləri dərc etdi - FOTOMənbə: Gazeta.ru / oxu.az

Maraqlı       Tarix: 03 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu gun krimnal bugun son xabar meherremlik 2026