İlon Mask mavi nişanları işə saldı - FOTO
İlon Mask mavi nişanları işə saldı - FOTO
"Twitter Blue"ya abunə olaraq verifikasiya prosedurundan keçən "Twitter" istifadəçiləri adi akkauntlara nisbətən üstünlük əldə ediblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkənin sahibi İlon Mask məlumat verib.
"Hazırda verifikasiyadan keçmiş hesablar prioritetdədir", - deyə o, tvit yazıb.
Qeyd edək ki, "Twitter Blue" istifadəçilərə hesablarında mavi işarə qoymağa imkan verir. Bu adi istifadəçilərlə müqayisədə onlara müxtəlif üstünlüklər verir. Məsələn "Twitter" lentində yalnız orijinal hesablardan gələn mesajlar göstəriləcək. Bundan əlavə, abunənin sahibləri iki dəfə az reklam görəcək, öz səhifələrində daha uzun videolar yerləşdirə, yeniliklərə erkən çıxış əldə edə və sosial şəbəkə sorğularında iştirak edə biləcəklər.
Xatırladaq ki, 2022-ci ilin oktyabrın 27-də Mask "Twitter"i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. Noyabrın 6-da o, "Twitter Blue" altında ödənişli verifikasiya tətbiq etmək niyyətini açıqlayıb. Bu ilin aprel ayında şirkət "Twitter Blue" abunəsi almamış istifadəçilərin hesablarından mavi işarələri silməyə başlayıb. ABŞ-də verifikasiya desktop istifadəçilər üçün ayda 8 dollar, mobil istifadəçilər üçün isə ayda 11 dollara başa gəlir.
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR