İlon Mask yadplanetlilərin varlığı ilə bağlı sualı cavablandırdı
İlon Mask yadplanetlilərin varlığı ilə bağlı sualı cavablandırdı
"ABŞ hakimiyyətinin imkanı olsaydı, ölkənin müdafiə büdcəsini artırmaq üçün hətta yadplanetlilərdən istifadə edərdilər".
Bunu amerikalı milyarder İlon Mask deyib. Bununla belə, o, yadplanetlilərin olmadığına əminliyini ifadə edib.
"Kimsə yadplanetlilər haqqında bilsəydi, bu elə mən olardım. Mən kosmos haqqında çox şey bilirəm. Amma yadplanetlilərin varlığına dair heç bir dəlil görməmişim. Əgər onlar olsaydılar, dərhal bu barədə "Twitter"də yazardım", - deyə milyarder vurğulayıb.
Mask əlavə edib ki, general olsaydı, dərhal ona yadplanetlilərin göstərilməsini tələb edərdi.
"Biz davamlı olaraq müdafiə büdcəsini artırmağa çalışırıq. Əgər yadplanetli göstərsək, heç kim bununla mübahisə etməzdi. Biz deyərdik ki, özümüzü onlardan qorumaq üçün pul lazımdır. Nə qədər pul istəyirsiniz? Alın! Onlar təhlükəli görünürlər. Hər an işğal baş verə bilər", - deyə Mask zarafat əlavə edib.
Mənbə: Gazeta.ru / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR