İlqar Məmmədov: 'İlham Əliyevin Brüsseldə qoyduğu şərt düzgün taktiki addımdır

İlqar Məmmədov: 'İlham Əliyevin Brüsseldə qoyduğu şərt düzgün taktiki addımdır"Dekabrın 14-də Brüsseldə Prezident İlham Əliyevin Zəngəzur və Laçın dəhlizlərinin hüquqi rejiminin eyni olması haqda qoyduğu şərt düzgün taktiki addımdır. İnanmaq istəyirəm ki, həm də vaxtında atılan addımdır, yəni tələsik deyil. Əvvəllər də rəsmi Bakı bu istiqamətdə fikirlər ifadə edirdi, amma gündəmə çevrilməyəcək tərzdə".
Azxeber.com xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov bildirib.
"İrəvandan çıxan yükün və ya sərnişinin Laçın dəhlizi ilə getdiyi son ünvanın hüquqi mövcudluq müddəti var. 2025-ci ilin noyabrından sonra o ünvan Ermənistanın istədiyi şəkildə mövcud olmaya bilər, əgər Azərbaycan və Rusiya anlaşmasa. Bakıdan Zəngəzur dəhlizi vasitəsilə çıxan yükün və ya sərnişinin getdiyi ünvanın isə hüquqi mövcudluq müddəti yoxdur. Onlar ya Naxçıvana, ya da daha uzaqlara çatacaq. Ermənistanın bu ünvanlar üzərində heç bir səlahiyyəti yoxdur", - o bildirib.
Partiya sədrinin sözlərinə görə, əgər Ermənistan azərbaycanlıların Naxçıvana sərbəst gedib-gəlməyinə tezliklə imkan verməsə, Azərbaycan da Laçında post qoyacaq: "O post qoyulandan sonra Xankəndinə kimsə və nə isə Bakının icazəsi olmadan keçə bilməyəcək. Bu isə suverenliyimizin tam bərpası demək olacaq. Sonra Ermənistan yenə də Zəngəzur dəhlizi məsələsinə dönməli olacaq, amma bu dəfə əlavə arqumenti olmayacaq".
İ.Məmmədov fikrincə, dəhlizlərin hüquqi rejiminin eyniləşdirilməsinə Ermənistan razılaşsa belə, 2025-ci ildən başlayaraq Azərbaycanın Laçına post qoymaq haqqını inkar etməyə heç kimin səlahiyyəti çatmayacaq: "Postun qoyulub-qoyulmaması mövzusu ətrafında o vaxtadək yeni amillər meşəsi böyüyəcək, qərarı həmin amillər təyin edəcək, Ermənistan isə Zəngəzur dəhlizindən qazandığı iqtisadi faydadan imtina etməkdə tərəddüd edəcək".

Siyasi       Tarix: 15 dekabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezennesi 2026 cəbhədən görüntülər xeber son xeberler bugun 2026 azerbaycan