İlyas Hüseynov: "Özəl sektorun sosial məsuliyyət təşəbbüsləri cəmiyyətimizin rifahının qorunması üçün önəmlidir"

İlyas Hüseynov: "Özəl sektorun sosial məsuliyyət təşəbbüsləri cəmiyyətimizin rifahının qorunması üçün önəmlidir"Koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsinin qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsirləri artmaqdadır.
Milli.Az bildirir ki, bunu Trend-ə Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamı Azərbaycanda koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, əhalinin sosial rifahına mənfi təsirlərinin qarşısını almaq üçün qabaqlayıcı tədbirləri özündə əks etdirir.
Politoloq hesab edir ki, koronavirus (COVID-19) pandemiyasının geniş ərazilərə yayılmasının qarşısını almaq, ölkənin və əhalinin zərər çəkməməsi üçün Azərbaycan dövləti bütün resursları səfərbər edir:
"Ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunub və əhalinin sosial təcridolunması təmin edilib. Ölkəmizdə əhalinin sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilən sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığı zəiflədə və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirlər göstərə bilər. Koronavirusun yayıldığına və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalar baş verdiyinə görə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat məbləğində ayrılan vəsait sahibkarların dəstəklənməsi, ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması, ölkə əhalisinin, xüsusilə aztəminatlı təbəqənin sosial müdafiəsinin təmin olunmasına və digər bu kimi məqsədlərə yönəldiləcək. Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir. Bu imkanlara arxalanaraq dövlət daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib".
İ.Hüseynov qeyd edib ki, hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri də iqtisadiyyatın sabitliyinə olan mümkün təsirləri aradan qaldırmaq, əhalinin sosial rifahını qorumaq, iqtisadi inkişafın davamlılığını təmin etməkdir.
"Eyni zamanda, bu sahədə özəl sektorun sosial məsuliyyət təşəbbüsləri də ölkəmizin dayanıqlı inkişafının və cəmiyyətimizin rifahının qorunması üçün önəmli rola malikdir:
"Azərbaycan Prezidenti İlham Əliyevin 19 mart tarixli Sərəncamının ölkə iqtisadiyyatının sabitliyinin davamlığını və xarici təsirlərə dayanıqlığının təmin edilməsi, iqtisadiyyatın inkişaf perspektivlərinin qorunması məqsədi daşıdığını xüsusi qeyd etmək lazımdır. Prezident tərəfindən imzalanan Sərəncama əsasən yaradılacaq işçi qrup zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin, bu sahələrdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq edəcək. Qrup problemin ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq və ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə Nazirlər Kabinetinə təkliflər təqdim edəcək. Eyni zamanda, mütəmadi olaraq, hüquqi və fiziki şəxslərin ehtimal olunan zərərinin məbləğini müəyyən edəcək. Sərəncama görə, Maliyyə nazirinin rəhbərliyi ilə yaradılacaq digər işçi qrup iqtisadi fəaliyyət sahələrinə, sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə dəstəyin göstərilməsi barədə Nazirlər Kabinetinə təklifllər göndərəcək. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə yaradılan İşçi Qrup isə zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin sosial müdafiəsi və onlara dövlət dəstəyinin göstərilməsi, məşğulluq tədbirlərinin gücləndirilməsi, ölkə əhalisinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi üçün təkliflər hazırlayacaq".
Politoloqun fikrincə, Mərkəzi Bankın sədrinin rəhbərliyi ilə yaradılacaq işçi qrup problemin bank sektoruna və makroiqtisadi mühitinə ehtimal olunan mənfi təsirlərinin qiymətləndirilməsini həyata keçirəcək, Azərbaycan manatının məzənnəsinin və istehlak qiymətlərinin sabitliyinin dəstəklənməsi, ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması üçün həyata keçirilməli olan əlavə tədbirləri müəyyənləşdirəcək:
"COVID-19 pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı dövlət başçısı tərəfindən atılan addımlar Azərbaycanda əhalinin sağlamlığının, təhlükəsizliyinin və rifahının təmin edilməsi məqsədi daşıyır".
Milli.Az  /news.milli.az

İqtisadiyyat       Tarix: 23 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Neftin qiyməti ilə bağlı dəyişiklik baş verdi - RƏQƏMLƏR

ABŞ və İran arasında əldə olunan tarixi saziş fonunda qlobal bazarlarda neftin qiyməti kəskin şəkildə ucuzlaşaraq son ayların ən aşağı səviyyəsinə geriləyib. Nüfuzlu iqtisadi nəşrlərin yaydığı məlumata görə, "Brent"

Yelo Bank Açıq Bankçılıq imkanları ilə bütün hesablarınızı eyni tətbiqdə birləşdirir

Rəqəmsal bankçılıqda innovativ addımları ilə seçilən Yelo Bank, müştərilərinə bütün bank hesablarını eyni tətbiqdən nəzarətdə saxlamaq üstünlüyü təklif edir. Açıq Bankçılıq (Open Banking) prinsipləri əsasında ərsəyə gələ

TuranBank beynəlxalq fonddan maliyyə vəsaiti cəlb etdi

Fəaliyyətində gender bərabərliyi prinsiplərini və qadınların maliyyə imkanlarının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edən TuranBank ASC beynəlxalq tərəfdaşlarla əməkdaşlığını uğurla davam etdirir

Dünya bazarında neft ucuzlaşdı

Dünya birjalarında neftin qiymətində azalma müşahidə olunub. xəbər verir ki, Londonun ICE birjasında "Brent" markalı neftin bir bareli 3,05 dollar ucuzlaşaraq 87,33 dollara enib. Nyu-Yorkun NYMEX birjasında is

Azər Türk Bank Beynəlxalq Maliyyə və Bankçılıq Sammitinin rəsmi tərəfdaşıdır

Dövlət bankı Azər Türk Bank Bakıda keçirilən "BeynəlxalqMaliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyəİnteqrasiyası" adlı forumunda (IFBS 2026) rəsmi tərəfdaş olaraq iştirak edib. xəbər veri

"Azərlotereya" və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR

"Azərlotereya"nın "Media klub" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Bu dəfə jurnalistlər üçün Liv Bona Dea Hospitalında qadın sağlamlığına həsr olunmuş maarifləndirici görüş təşkil edilib. xəbə

Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirdi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupu rəhbər heyətin strateji idarəetmə bacarıqlarının inkişafı, komanda əməkdaşlığının gücləndirilməsi və süni zəka dövrünün yaratdığı yeni çağırışlara hazırlığın artırılması məqsədilə "Süni Zək

Bakcell "AI Strategy Summit | Baku 2026" tədbirinin əsas tərəfdaşı oldu - FOTOLAR

Bakcell süni intellekt və rəqəmsal transformasiya sahəsində təşəbbüslərə dəstəyini davam etdirir. Şirkət 13 iyun tarixində Avropa Azərbaycan Məktəbində (EAS) keçirilən "AI Strategy Summit | Baku 2026" tədbirini

Yelo Bank gənc xanımların mentorluq proqramının məzun gününə ev sahibliyi edib

Yelo Bank-ın dəstəyi ilə gənc xanımların inkişafını və karyera imkanlarını genişləndirən "Violette Mentorship" proqramının növbəti məzun günü keçirilib. xəbər verir ki, bankın ev sahibliyi etdiyi builki məzuniyyə


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta məzənnələri xəbər az ensonxeberler sonxeber