İmmunitet beynin vəziyyəti və gücündən asılıdır – Kimlər tez xəstələnir?

İmmunitet beynin vəziyyəti və gücündən asılıdır – Kimlər tez xəstələnir?İnsanın sinir sisteminin vəziyyəti və işi immun sistemin gücünü təyin edir, orqanizmin infeksiyalara və yaralanmalara qarşı davamlılığını artırır.
Təbiətdə eyni orqanizm və bədən ölçüsünə malikl canlılar içində ən uzun ömürlü insandır. İnsanın böyrəkləri və bağırsağı nə qədər zəif olsa da, bütün bədəni beyin idarə etdiyi üçün homo-sapiens heyvanlardan fərqlənir və yaşamaq uğrunda mübarizədə qalib gəlir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, immunitetin gücü insanın çəkisi, əzələsi və fiziki böyüklüyündən yox, beynin ustalığı, sinir sisteminin möhkəmliyi və ağılın dərəcəsindən asılıdır.
Alimlər endokrin, sinir və immun sistemi bir vahid sistem kimi qəbul etməyə başlayıblar. Əbəs yerə deyilmir ki, güclü stress və əsəb hormonal fonu və immunteti zəiflədir, hətta məhv edib, ağır xəstəliklərə yol açır.
Bir sözlə, beyin yoxdursa, güclü deyilsə, immunitet düşür.
Amerikanın 3 universitetinin bioloqları beyinlə immunitetin əlaqəsini qurbağaların üzərində tədqiq ediblər.
Eksperimentdə qurbağa embrionlarından birinin beyni çıxarılır, digərlərini isə beyinli saxlayırlar. Məlum olub ki, beyinsiz embrionların immun sistemi hüceyrələrinin işi pozulub, demək olar ki, dayanıb. Bu hüceyrələr bədəndə xaotik olaraq qaçışır, infeksiya zamanı bir yerə toplanmırdı. Amma beyinləri yerində olan qurbağalarda immun hüceyrələr sistemli və nizamlı olub, bakteriya olan yerə uğurla transfer olurdular.
Qurbağaların hamısı süni olaraq virusa yoluxdurulur, mübarizədə beyni olan qurbağaların 50%-i sağ çıxır, beyni olmayanların isə cəmi 15%-i.
Burdan belə nəticəyə gəlinib ki, beyin immunitetə siqnal göndərib tapşırıq verir. BU tapşırıq vaxtında və düzgün verilməsə, immun hüceyrələr tənbəl və xaotik olur, gec ayılır və düzgün işləmir. Beyin koordinasiya, tez reaksiya vermək qabiliyyəti az olanda, beyindən keçən neyronlar zəifləyəndə insan tez-tez xəstələnir və gec sağalır. İmmunitetin xüsusi əsgərləri olan makrofaq, neytrofillər də dofamin adlı kimyəvi maddənin siqnalı ilə hərəkət edir, bu maddə də beyində formalaşır.
Ona görə beyni aktiv, daim gərgin belə deyək iş rejimində saxlamaq, tənbəlləşməyə qoymamaq lazımdır. Statistikaya görə də, kimin beyni aktiv işləyir, çox oxuyur və elmlə məşğul olur, o adamlar uzun ömür sürür. Beyninizi məşğul edin, krosvord, intelekt oyunları, qiraətlə məşğul olun.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 28 aprel 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv


yeni xeberler son xeberler azerbaycan xeberleri ensonxeberler azerbaycan son xeber bugun cəbhədən canlı son xeberler bu gun