İnfarkt riskini sıfıra endirən şirə

İnfarkt riskini sıfıra endirən şirəİnfarkt riskini sıfıra endirən şirə
Bir çox ölümcül tibbi problemlərə səbəb olan qan təzyiqi və xolesterini aşağı salmağın çox asan yolu var. Mütəxəssislər bildirirlər ki, gündə cəmi iki stəkan albalı şirəsi içmək bəzi ölümcül tibbi fövqəladə halların baş vermə ehtimalını azaltmaq üçün kifayət qədər güclü təsir göstərə bilər.
Medicina.az xəbər verir ki, aparılan araşdırmaya görə, albalı şirəsi istehlakı insult və ya infarkt riskini əhəmiyyətli dərəcədə azaldır.
Bunun səbəbi, şirənin qan təzyiqi və xolesterini aşağı salan və ürək-damar xəstəliklərindən qoruyan "polifenol" adlanan sağlam bitki birləşmələri ilə zəngin olmasıdır.
"Nutrients" jurnalında dərc edilən nəticələr, həmçinin bu şirəni içənlərin ciddi xəstəliklərə səbəb olan iltihab və oksidləşdirici stressə daha az meylli olduğunu ortaya çıxarıb.
Tədqiqatın bir hissəsi olaraq, Delaver Universitetinin rəhbərlik etdiyi bir qrup albalı şirəsinin 65-80 yaş arası 34 kişi və qadın üzərində təsirini araşdırıb. Onlar 12 həftə ərzində gündə 480 ml şirə istehlak ediblər.
Albalı şirəsinin "pis xolesterolu", digər bir sözlə LDL-ni (aşağı sıxlıqlı lipoprotein) 11 faiz azaltdığı aşkar edilib.
Diyetoloq Dr. Şo Çinq Şay bildirib ki, bu araşdırma albalı şirəsinin ürək üçün faydalı, sağlam pəhrizə yaxşı bir əlavə ola biləcəyini göstərir.
"Gördük ki, albalı qrupunun iştirakçılarının qanındakı sistolik qan təzyiqi və LDL xolesterini, həmçinin CRP və MDA biomarkerləri də daxil olmaqla, iltihabı və oksidləşdirici stressi göstərən maddələr nəzarət qrupuna nisbətən daha aşağı səviyyələrdə idi.
Yüksək qan təzyiqi və xolesterin səviyyələri infarkt, insult kimi ciddi sağlamlıq problemlərinə səbəb olan iki əsas amildir. Ürək-damar xəstəlikləri bütün dünyada ən böyük ölüm səbəblərindən biridir. Əgər çəki artımının qarşısını almaq istəyirsinizsə, digər şirələr və içkilərlə müqayisədə albalı şirəsi daha yaxşı seçimdir", - deyə həkim vurğulayıb.
Qeyd edək ki, burada konservləşdirilmiş yox, təbii albalı şirələrindən söhbət gedir. Albalı şirəsinin təbii olaraq ev şəraitində meyvələrdən əldə olunması burada çox böyük əhəmiyyət kəsb edir. / oxu.az

Maraqlı       Tarix: 26 aprel 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən görüntüleri cəbhədən son məlumat son xəbərlər son xeber 2026