İnfarkt və insultun qarşısını alan məhsullar açıqlandı
İnfarkt və insultun qarşısını alan məhsullar açıqlandı
Yunan alimlərinin apardıqları tədqiqatlara əsasən, tərkibində yüksək miqdarda D vitamini olan məhsullar ürək - damar sisteminə qoruyucu təsir göstərirlər.
Araşdırmaların nəticələri "MedicalXpress" nəşrində yerləşdirilib.
2001-ci ildən 2012-ci ilədək elmi qrup üç mindən çox kişi və qadının qidalanma və səhhəti haqqında məlumatları təhlil edib. Məlum olub ki, D vitamini ilə zəngin çoxlu miqdarda qida qəbul edən insanlarda ürək-damar xəstəlikləri riski minimal olub. Belə xəstələrin pəhrizinə yağlı balıq, yumurta, pendir, kərə yağı və digər məhsullar daxil idi.
Beləliklə, tədqiqat zamanı bu vitamini az qəbul edən qrupda kişilərin 24 faizi, qadınların isə 14 faizində infarkt, insult və ya digər ürək xəstəlikləri baş verib, orta miqdarda qəbul edən iştirakçılarda bu göstəricilər müvafiq olaraq 17 faiz və 10 faizədək azalıb. Tərkibində bu fəal maddənin yüksək miqdarda olduğu qida qəbul edən kişilərin 12 faizi, qadınların isə 11 faizində ürək problemləri müşahidə olunub.
Alimlər D vitaminini qidadan almağı məsləhət görürlər, belə ki, bu halda o maksimal dərəcədə faydalı olur.
"Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, D vitaminini əlavələr şəkində qəbul edərkən, o, ürək əzələlərinin işinə neytral, yaxud zəif təsir göstərir. Bunun əksinə olaraq, D vitamininin qidanın tərkibində istehlakı, əsasən kişiləri olmaqla, ürək-damar xəstəliklərindən müdafiə edə bilər", - deyə məqalədə bildirilir. /oxu.az
Turlar.az [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb