İnsanların çipləşməsinin qiyməti açıqlanıb - FOTO/VİDEO
İnsanların çipləşməsinin qiyməti açıqlanıb - FOTO/VİDEO
Amerikalı biznesmen və ixtiraçı İlon Mask insanın kəllə sümüyünə implantasiya üçün "Link" cihazının təqdimatı zamanı çiplənmənin təxmini qiymətini açıqlayıb.
REN TV-nin məlüumatına görə, o, qiymətin əvvəlcə çox yüksək olacağını, lakin tezliklə düşəcəyini bildirib.
"Avtomatik rejimdə əməliyyatlar da daxil olmaqla onun dəyərinin bir neçə min dollara qədər enməsini istərdik", - deyə Mask bildirib.
Onun sözlərinə görə, "Neuralink" şirkətindən olan ixtiraçılar əməliyyat üçün sistemin tam avtomatlaşdırılacağını, cihazın varlığının isə digər insanlar üçün görünməz olacağını gözləyirlər.
Çipin özü böyük dəmir pul ölçüsündə olacaq. Onun beynin fəaliyyətinə, o cümlədən müxtəlif pozğunluqların müalicəsinə təsir edəcəyi planlaşdırılır.
Qeyd edək ki, Mask bundan əvvəl beyin çipinin yaradılması ilə bağlı uğurlarını bölüşmüşdü. Belə ki, çipin prototipi və avtomatlaşdırılmış implantasiya üçün təkmilləşdirilmiş robot modeli iki donuzda uğurla sınaqdan keçirilib. Cihaz alimlərə heyvanın beyninin toxunma mərkəzlərinin fəaliyyətini və donuzun burnu ilə nəyə toxunduğunu simsiz rabitə kanalı vasitəsilə izləməyə imkan verib.
Bildirilir ki, çip insanda baş beynin və ya onurğa beyninin işinin pozulduğu epilepsiya, iflic və digər xəstəliklərlə mübarizə aparmağa imkan verəcək.








Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb