İqtisadiyyat nazirinin təqdimatında vebinar təşkil edilib - FOTO

İqtisadiyyat nazirinin təqdimatında vebinar təşkil edilib - FOTOSentyabrın 11-də "Yüksəliş" müsabiqəsinin İşçi Qrupu tərəfindən növbəti vebinar keçirilib. 450-ə yaxın iştirakçının qatıldığı vebinarda müsabiqənin İdarəçi Rəhbərlər heyətinin üzvü, İqtisadiyyat naziri Mikayıl Cabbarov "İdarəçi rəhbər və təcrübə" mövzusunda təqdimatla çıxış edib.
İqtisadiyyat Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Mikayıl Cabbarov "Yüksəliş" layihəsinin əhəmiyyəti barədə məlumat verib və müsabiqənin intellektual səviyyəsi, idarəçilik keyfiyyətləri, bilik və bacarıqları yüksək olan rəhbər şəxslərin müəyyən edilməsində, zəngin kadr resurslarının yaradılmasında mühüm rolunu qeyd edib.
İqtisadiyyat naziri idarəçi rəhbərlər üçün tələblər, idarəçilik bacarıqlarının inkişafı üçün vacib olan amillərlə bağlı fikirlərini bölüşüb. Vebinarda həmçinin, idarəçi rəhbərlərin təcrübədə qarşılaşdıqları məqamlar barədə məlumat verilib, müxtəlif qurumlarda müəyyən edilmiş hədəflər, məqsədə çatmaq üçün istifadə olunan metodlar, təcrübə əsasında əldə edilmiş müsbət nəticələr diqqətə çatdırılıb. Yeni yanaşmaların tətbiqinin faydalı nəticələri, şəffaflığın təminatı üçün istifadə olunan müasir alətlər, innovativ yanaşmalara əsaslanan həllər, mövcud resursların daha səmərəli istifadəsi üçün istifadə olunan mexanizmlər, geniş və əhatəli sistemlərdə səmərəli nəticələr əldə etmək üçün peşəkar yanaşma tərzinin formalaşması, böhran zamanı idarəetmənin xüsusiyyətləri izah olunub. Vurğulanıb ki, bilik, təcrübə və komanda işinin vəhdəti ilə göstərilən fəaliyyət idarəçilərin uğur hekayələrinin və qazanılmış nailiyyətlərin əsas fəlsəfəsini təşkil edir. Zaman keçdikcə əmək bazarı üçün yeni tələblər yaranır və idarəçilər üçün yeni obrazlar formalaşır. İdarəçi rəhbər olmağın formulunu isə, hər bir idarəçi özü müəyyən edir. Çünki hər kəsin iş fəaliyyətinə fərdi yanaşması və prinsipləri var. Bu formul hər bir idarəçinin öz uğur hekayəsinin fəlsəfəsi əsasında formalaşır.
Vebinar iştirakçılarla qarşılıqlı müzakirə formatında aparılıb, dinləyicilərin sualları cavablandırılıb.
Qeyd edək ki, müsabiqənin İşçi Qrupu davamlı olaraq idarəçi rəhbərlərin təqdimatında vebinarların təşkilini nəzərdə tutur.
"Yüksəliş" müsabiqəsi cənab Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 12 sentyabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən ən son xəbər metbuat xeberleri sou xeberler bugun cəbhədən son durum