"İqtisadiyyatının inkişafı ilə bağlı yeni ixtisaslar yarana bilər" - AÇIQLAMA + FOTO
"İqtisadiyyatının inkişafı ilə bağlı yeni ixtisaslar yarana bilər" - AÇIQLAMA + FOTO
Ötən günlərdə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1 454 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1 198 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.
Bəs görəsən, orta ixtisas təhsili müəssisələrinə tələbat hansı səviyyədədir? Orta ixtisas təhsili müəssisələrinə plan yerləri artırıla bilərmi?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucovun sözlərinə görə, orta ixtisas təhsili müəssisələrinə ehtiyac var:
"Orta ixtisas təhsil müəssisələri dünyanın hər yerində var. Dünyanın bütün ölkələrində ən önəmli təhsil pilləsindən biridir. Tələbat da kifayət qədərdir.
Orta ixtisas təhsil müəssisələrində plan yerlərinin və ixtisasların sayının artırılması Nazilər Kabinetinin səlahiyyətindədir. Nazirlər Kabineti plan yerləri ilə bağlı qərar verərkən, müvafiq qurumların və dövlətin ehtiyaclarını nəzərə alır".
Ekspert qeyd edib ki, növbəti illərdə orta ixtisas təhsili müəssisələrində plan yerləri arta bilər:
"Hazırda mümkün deyil. Növbəti illərdə həm ixtisas, həm də plan yerlərinin sayı artırıla bilər. Hətta yeni ixtisaslar tətbiq oluna bilər. Bu məsələlər Əmək Məcəlləsinə görə müəyyən edilir".
"Orta ixtisas təhsili ilə bağlı qəbul olunan qərarlar müsbətdir. Orta ixtisas təhsili müəssisələrinin bir çoxu universitetlərin nəzdində fəaliyyət göstərir. Baza kimi funksiyaları həyata keçirir. Orta ixtisas müəssisəsini bitirən şəxs subbakalavr olaraq ali təhsil müəssisəsində təhsilini davam etdirə bilir.
Bununla yanaşı beynəlxalq keyfiyyət nəzərə alınır. Azərbaycanın iqtisadiyyatının inkişafı ilə bağlı yeni ixtisaslar yarana bilər. Orta ixtisas təhsili müəssisələri perspektiv baxımdan inkişafı müəyyənləşdirilir. Bütövlükdə həm tələbat, həm maraq, həm də ehtiyac var", - deyə İ.Orucov qeyd edib.
Nəzrin Vahid
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR