İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama

İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama"İran Ali lideri Əli Xameneinin öldürülməsinə cavab xarakterli əməliyyatlar həyata keçirmədən müharibəni dayandırmayacaq".
Bu sözləri azxeber.com-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.
O qeyd edib ki, növbəti mərhələdə hərbi əməliyyatların davam etməsi ehtimalı yüksək qiymətləndirilir:
"İsrailin hücumlarının davamı fonunda ABŞ-nin də İrana qarşı hərbi əməliyyatlara qoşulması, eləcə də İranın Ali dini liderinin öldürülməsi ilə nəticələnən əməliyyatlar və Tehranın cavab addımları bir daha göstərdi ki, iki dövlət arasındakı münasibətlər kifayət qədər dərin ziddiyyətlərə əsaslanır. Gərginliyin pik həddə çatmasının və qarşıdurmanın qarşısının alınmasının mümkün olmaması vəziyyəti daha da mürəkkəbləşdirib. Növbəti mərhələdə də bir neçə gün ərzində hərbi əməliyyatların davam etməsi ehtimalı yüksək qiymətləndirilir. Çünki İran Ali dini liderin öldürülməsinə cavab xarakterli əməliyyatlar həyata keçirmədən müharibəni dayandırmayacaq".
Politoloq bildirib ki, İran rəsmilərinin çıxışları da daha çox qisas yönümlüdür:
"Mediada yayılan məlumatlar göstərir ki, danışıqların davam etdirilməsi istiqamətində həm ABŞ, həm də İran tərəfindən müxtəlif dövrlərdə təşəbbüslər səsləndirilsə də, hazırkı mərhələdə nüvə proqramı ilə bağlı maksimalist tələblər qəbul olunmadığı təqdirdə hər hansı danışığın nəticə verəcəyi inandırıcı görünmür. İran rəsmilərinin çıxışları da daha çox qisas yönümlüdür və konstruktiv yanaşma müşahidə edilmir".
O söyləyib ki, hazırda İranda vəziyyət kifayət qədər böhranlıdır:
"Hazırda İranda vəziyyət kifayət qədər böhranlıdır. Ali dini liderin öldürülməsi idarəetmə sistemində ciddi boşluq yarada bilər. Eyni zamanda, İranın həyata keçirdiyi hərbi əməliyyatların sistemsiz xarakter daşıması ölkənin belə genişmiqyaslı müharibəyə tam hazır olmadığını göstərir. Növbəti mərhələdə müdafiə mexanizmlərinin ölkə ərazisinin təhlükəsizliyini tam təmin edə bilməməsi ehtimalı da istisna edilmir".
A.Qurbanova deyib ki, müharibədən region ölkələri ciddi zərər görə bilərlər:
"Proseslərin ən bədbin ssenari üzrə inkişaf etməsi həm region dövlətlərinə, həm də Azərbaycana ciddi təsir göstərə bilər. İrandaxili qarşıdurmalar, xaos və anarxiya miqrasiya və qaçqın böhranı baxımından qonşu ölkələrə təsirsiz ötüşməyəcək. Regionda baş verən istənilən hadisə Azərbaycan da daxil olmaqla bütün dövlətlər üçün ciddi narahatlıq doğuran əsas məqamlardandır. Ümid edilir ki, yaxın günlərdə ən azı atəşkəsin əldə olunması ilə bağlı tərəflər arasında razılıq mümkün olacaq. Əks halda, müharibənin miqyasının daha da genişlənməsi və Yaxın Şərqdə nəzarətdən çıxan münaqişə ocağının yaranması ilə bağlı bədbin ssenarilər özünü doğrulda bilər".
Şahanə Ziyad

Siyasi       Tarix: 04 mart 2026
f Paylaş

Oxşar xəbərlər

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar


azerbaycan xeberleri yeni xeberler son xeberler bugünki xəbərlər xəbər.az sonxəbərlər sou xeberler