"İran bu addımı atsa, genişmiqyaslı müharibə başlayacaq" - DƏHŞƏTLİ SSENARİ

16.04.2025, 19:00 dərc edilib
***
ABŞ Prezidenti Donald Tramp İranla dialoqa açıq olduğunu bildirib və bu məsələ ilə bağlı Oman sultanı Heysəm bin Tariq Əl Səid ilə telefon danışığı aparıb. Bəs görəsən, Trampın birbaşa olaraq İranın Ali dini lideri Ayətullah Əli Xomenei və ya prezident Pezeşkianla danışıqlar aparması mümkündürmü?
Mövzunu KONKRET.az-a politoloq Züriyyə Ruslanqızı şərh edib:
"ABŞ və İran arasında gərginlik daha da dərinləşir. Proses isə hələ 1979-cu il inqilabından başlayıb. İran və ABŞ münasibətləri hələ o vaxtdan gərgin rejimə keçib. Hətta İrana hücumların reallaşacağı da gündəmə gəlib. Amma bu, hələ baş verməyib. İndi isə Tramp İrandan nüvə danışıqlarının aparılmasını tələb edir. Ancaq rəsmi Tehran bildirir ki, belə bir razılaşmanın daimiliyini qoruyub saxlamaq üçün heç bir qaranti verilməyib.
Yəni Tramp hakimiyyətdən getsə və digər prezident gəlsə, o zaman 2018-ci ildəki kimi ABŞ danışıqları dayandıracaq. Bu baxımdan İran danışıqlardan yayınır və razılaşmaya getməyəcəyini bildirir. Əgər Tehrana qarşı hücumlar başlasa, o zaman İran həqiqətən nüvə silahı əldə edəcək və müvafiq toqquşmada bundan yararlanacaq. Bunu Xomenei deyir. Digər ultimatum isə ondan ibarətdir ki, hücum baş verərsə, ABŞ-ın Yaxın Şərq bazalarına zərbələr endiriləcək. Digər təhdid isə boğazların bağlanması ilə bağlıdır. Bu, baş versə qlobal inflyasiya kəskinləşəcək və genişmiqyaslı müharibə olacaq. Ona görə də, tərəflərin müəyyən yumşalmaya gedəcəyini deyə bilərik".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 17 aprel 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou maliyye xeberler bugun maraqlı xəbərlər cəbhədən son dəqiqə