İran geri çəkilmədi: Tehranın intiqamı necə alacaq?

İran geri çəkilmədi: Tehranın intiqamı necə alacaq?"Tehran çalışır ki, İsrailə cavab zərbəsi təsirli olsun, həm də bu İrana qarşı beynəlxalq hərbi koalisiyanın yaradılmasına gətirib çıxarmasın".
KONKRET.azxəbər verir ki,bunu açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu İranın İsrailə cavab hücumu təhdidini geri götürməklə bağlı Qərbin çağırışlarını rədd etməsini şərh edərkən deyib".
Onun sözlərinə görə, İran ən yuxarı səviyyədə elan edib ki, İsrailə cavab veriləcək:
"Söhbət intiqamdan gedir, İsmayıl Haniyə İranda qonaq olarkən öldürülüb. Tehran hesab edir ki, onun intiqam haqqı İrandadır. İran da rəsmən elan edib ki, intiqam alacaq. Amma Tehran hələlik tələsmir. Bu bir tərəfdən İsrailə psixoloji təsirdir. Bir ölkəni artıq iki həftədir gərginlik altında saxlayırlar. Digər tərəfdən, bununla Tehran göstərir ki, regionun qüdrətli dövləti odur, hər kəs onunla hesablaşmağa çalışır, nəhayət, ABŞ və Avropa İttifaqı ilə danışıqlar qapısını açıq saxlayır".
Şərhçi bildirib ki, son 10 gündə amerikalılar, ardınca Almanıya və Britaniya baş nazirləri, Fransa prezidenti İran prezidenti ilə danışaraq İsraillə qarşıdurmadan çəkindirməyə çalışıb:
"İsrail ətrafında geniş bir havadan müdafiə çənbəri yaradılıb. Buna görə də İsrailə təsirli zərbə endirmək elə də asan deyil. Yəni iranlılar prosesi daha çox uzada, ya da məsələn günü sabah vura bilərlər. Ancaq dediyim kimi, Tehran çalışacaq ki, cavab zərbəsi təsirli olsun, həm də Tehrana qarşı beynəlxalq hərbi koalisiya yaradılmasına səbəb olmasın".
Qeyd edək ki, İranda HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra Tehran İsrailə qarşı cavab zərbəsi hazırlayır. Bu fonda ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və İtaliya Tehranı İsrailə qarşı cavab zərbələri vurmaqdan çəkinməyə çağıran birgə bəyanatla çıxış ediblər. Lakin görünən odur ki, İran cavab zərbəsində israrlıdır. Belə ki, İran avqustun 13-də İsrailə cavab hücumu təhdidini geri götürməklə bağlı Qərbin çağırışlarını rədd edib. İran XİN-in sözçüsü Nasir Kənani deyib ki, belə bir xahişin "siyasi məntiqi yoxdur, beynəlxalq hüququn prinsip və qaydalarına ziddir", İsrailə "açıq və praktik" dəstək deməkdir./ Qaynarinfo

Siyasi       Tarix: 15 avqust 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber az son xeberler 2026 xeber.az son xeberler cəbhədən son xəbərlər