İran Günaz TV-nin adını bu siyahıya saldı
İran Kəşfiyyat Nazirliyi xarici ölkələrdə fəaliyyət göstərən iranlıların təsis etdiyi müxalifət media orqanları, bir neçə xarici ölkənin İranla əlaqəli media qurumları və iranlı media fəallarının siyahısını yayıb.
KONKRET.azxəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilib.
Adları açıqlanan media qurumları və fəalları ilə istənilən formada əlaqədə olan, onlara məlumat, mesaj, foto və video göndərən şəxslərin "casusluğa görə cəzanın artırılması haqqında qanunun 4-cü maddəsinə" əsasən ağır cəzalandırılacaqları barədə xəbərdarlıq edilib.
43 media qurumunun adının olduğu həmin siyahıya İsrailin bir neçə televizya kanalı, BBC, "Amerikanın səsi", "Azadlıq" radiosu və b. adlar da daxil edilib.
Bir neçə Güney azərbaycanlı siyasi və media fəalı, o cümlədən mərkəzi ofisi Amerikada yerləşən Günaz TV-nin də (Güney Azərbaycan Televiziyası) adı bu siyahıdadır.

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK