İran mediası: "Zəngəzur dəhlizi Rusiya və Ermənistan arasında yeni gərginlik mənbəyidir"

İran mediası: KONKRET.az xəbər verir ki, "Mashregh News" saytı yazıb ki, Rusiya ilə Ermənistan arasında münasibətlər pisləşməkdə davam edir. Ermənistan Rusiyadan qopmağa çalışır, Moskva isə İrəvanı Qərbin ətəyinə buraxmamaqda qərarlıdır.
Sayt iddia edib ki, guya Rusiyanın nəzarətində olan Zəngəzur dəhlizinin açılması Moskvaya Ermənistan, Azərbaycan və Türk Dövlətləri Birliyinə qarşı böyük təsir rıçaqı verir.
"Ukrayna cəbhəsində bütün Qərblə müharibə vəziyyətində olan Rusiya Cənubi Qafqazda imkanlarını çox məhdudlaşdırıb, ancaq Rusiya kimi böyük dövlət nə qədər zəif olsa da, Ermənistan kimi kiçik və gücsüz ölkəni həmişə cəzalandıra bilər. Ancaq proseslər çox sürətlə gedir və Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində olması məsələsi dalana dirənib", – deyə, vurğulanıb.
Sayt yazıb ki, Rusiya tələsir, çünki ABŞ və Qərb ölkələri öz müdafiə sistemlərini tədricən Ermənistanda yerləşdirirlər. İddia olunub ki, Ermənistana ilk zərbə Zəngəzurdan dəyəcək. Zəngəzurda qarşıdurma alovlanarsa, bölgə Ermənistanın işğalından çıxaraq, Azərbaycanın nəzarətinə keçəcək və Türkiyənin də Azərbaycanın yanında olacağı şübhəsizdir.
"Rusiya tərəfi bunu nəzərə alırmı, yoxsa Zəngəzurun Azərbaycanın nəzarətinə keçməsi Moskvanın marağındadır?" sualına cavab olaraq qeyd olunub: "İlk baxışdan bu, Rusiyanın əleyhinədir, ancaq yaxından nəzər saldıqda, məsələ başqa cür görünür. Əgər Ermənistan Qərbin və NATO-nun əlinə düşsə, bu, Rusiya ilə açıq düşmənçilik elanı olacaq. Rusiya da onu cəzalandıracaq, Zəngəzurun itirilməsi isə Yerevan üçün ağır cəza olacaq. Belə ki, Ermənistan İranla əlaqəsini əldən verəcək, nəhayət NATO bazasına çevrilən Ermənistan hökumətinin ayaqda durmaq şansı qalmayacaq".
Sonda qeyd edilib ki, Bakı üçün cəlbedici imkanlar yaranır, digər tərəfdən Rusiyanın qəbul etdiyi siyasətdə Ermənistan uduzan tərəfdir.
Natiq Səlim,
KONKRET.az
Mənbə: Azad İran

Siyasi       Tarix: 03 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün xeber az ensonxeberler son xeberler bugun 2026 canli