İran parlamentinin sədri Bakıya gəldi
İran parlamentinin sədri Məhəmməd Bağer Qalibaf Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək üçün Bakıya gəlib.
KONKRET.az bu barədə İran KİV-ə istinadən xəbər verir.
İranlı spiker səfərdən əvvəl yerli mətbuata verdiyi müsahibədə ölkəsinin Azərbaycanla beynəlxalq və regional əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
"Azərbaycanla çoxsaylı tarixi və müxtəlif sahələrdə əlaqələr var. Səfər zamanı yüksək vəzifəli şəxslərlə keçiriləcək ikitərəfli görüşlər siyasi, iqtisadi, sosial və mədəni sahələrdə əlaqələrin inkişafı üçün vacibdir", – Qalibaf deyib.
Xatırladaq ki, 15-ci sessiya "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu" mövzusuna həsr olunub. Toplantıda 26-ölkə parlamentinin və 6 beynəlxalq təşkilatın nümayəndə heyəti, o cümlədən 10-dan çox ölkə spikerinin iştirakı gözlənilir.
Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə və sosial sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlərə dair qərar layihələri müzakirə olunacaq.
Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA Katibliyinin yekun hesabatı qəbul ediləcək. Azərbaycanın sədrlik müddətinin başa çatması ilə əlaqədar APA-ya növbəti iki il üçün rəhbərlik və onun gündəliyi nəzərdən keçiriləcək.//Report
Kurslar.az kurslar [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı