"İran Rusiyanın Ukraynadakı müharibəsinə qarşıdır" - Kuleba
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və İranın xarici siyasət idarəsinin rəhbəri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
KONKRET.az xəbər verir ki, bunu ukraynalı nazir tviterdə yazıb.
"İranın xarici işlər naziri ilə telefon danışığım oldu. İran Rusiyanın Ukraynaya qarşı müharibəsinə qarşıdır, diplomatik həll yolunu dəstəkləyir. İran şirkətlərinin köməyi ilə Rusiyaya silah ötürülməsi ilə bağlı iddiaları təkzib etdiyinə və Ukraynaya göndərilən tibbi heyətə görə xarici işlər naziri Abdullahiana minnətdarıq", – o bildirib.
Xatırladaq ki, ötən gün Rusiyanın İranın silah qaçaqmalçılığı şəbəkələrinin köməyi ilə Ukraynadakı hərbi əməliyyatlarda istifadə etmək üçün İraqdan sursat və hərbi texnika aldığı, həmçinin rəsmi Tehranın işğalçı tərəfə "Bavar 373" raket kompleksi bağışladığına dair xəbər yayılmışdı.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti