İran və İraq XİN başçıları regional vəziyyəti müzakirə edib

İran və İraq XİN başçıları regional vəziyyəti müzakirə edibİranın xarici işlər naziri Abbas Əraqçi iraqlı həmkarı Fuad Hüseynlə telefon danışığında ABŞ-nin hədəfinin qonşu və dost ölkələrin münasibətlərini parçalamaq olduğuna dair xəbərdarlıq edib.
azxeber.com "Report"a istinadən xəbər verir ki, nazirlər regionda baş verən son hadisələri müzakirə ediblər.
Məlumata görə, Abbas Əraqçi Fuad Hüseynlə ABŞ-nin Yəməndə husi qiyamçılarına qarşı keçirdiyi son əməliyyatlar, İsrailin Qəzza və Livanda keçirdiyi hərbi əməliyyatları bərpasına dair fikir mübadiləsi ediblər.
Əraqçi ABŞ-nin İranın neft sənayesinə qarşı tətbiq etdiyi sanksiyalara işarə edərək bildirib ki, İslam Respublikasına təzyiq göstərmək üçün Ağ Evin irəli sürdüyü iddia, ittihamlar əsassız, etibarsızdır: "Qonşu və dost ölkələrin zərgərlik hədəfinə uyğun olaraq region ölkələri arasında dostluq münasibətlərini pozmaqdan başqa bir niyyəti yoxdur. Odur ki, ABŞ-nin təhriki ilə münasibətlərin parçalanmasından ehtiyatlı olmağa çağırıb".
İranlı nazir ABŞ-nin region ölkələrində yerləşən bazalarından və onların hava məkanından region dövlətlərinə qarşı aqressiv hərəkətlər etmək üçün istifadə etməsi nəticəsində yaranan ciddi təhlükələrdən danışaraq deyib ki, regionun bütün ölkələrinin öz milli suverenliklərini qorumaq, ərazilərindən və obyektlərindən xarici hərbi qüvvələr tərəfindən başqa dövlətlərdə sabitliyi pozmaq üçün istifadə etməsinin qarşısını almaq üçün lazımi tədbirlər görməsinin vacibliyini vurğulayıb.
Fuad Hüseyn bütün regionda sülhə, sabitliyə təhdidlərin qarşısının alınması üçün bölgə ölkələri arasında konsensus və əməkdaşlığın vacibliyini söyləyib.
Xatırladaq ki, İraqın neft naziri Hayan Abdel-Qani ABŞ-nin körfəzdə saxladığı İrana aid neft tankerlərində ölkəsinə aid saxta sənədlərin aşkarlandığını bildirib: "Biz ABŞ tərəfini məlumatlandırdıq ki, bu sənədlər saxtadır və bizim onlarla heç bir əlaqəmiz yoxdur".
Məlumata əsasən, martın 20-də ABŞ Dövlət Departamenti İran neftinin satışına yönəlmiş dördüncü sanksiya paketini elan edib. Dövlət Departamentinin rəsmi bəyanatına görə, sanksiyalar İran neftinin alınması ilə məşğul olan bir təşkilata, həmçinin 19 hüquqi şəxsə və gəmiyə qarşı tətbiq edilib.
Mütəxəssislər Abbas Əraqçinin Fuad Hüseynlə telefon danışığı zamanı bu məsələnin də müzakirə olunduğunu istisna etməyiblər. Bundan başqa, İraq ərazisində iranyönümlü silahlı qruplaşmalar qalmaqdadır. İsrail İraqda həmin qüvvələrə qarşı əməliyyat keçirmək niyyətində olduğunu gizlətməyib. Odur ki, Abbas Əraqçinin danışığında da bu məsələ üstüörtülü şəkildə vurğulanıb.

Siyasi       Tarix: 25 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xabarlar valyuta məzənnələri hava durumu