İran XİN başçısı: Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır
Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır.
Bunu İranın xarici işlər naziri Abbas Ərakçi oktyabrın 18-də İstanbulda bildirib.
Nazir bölgədəki təhlükəli vəziyyəti nəzərə alaraq, İordaniya və Misirdən sonra Türkiyəyə səfər etdiyini bildirib: "Bu səfər xarici işlər nazirlərinin "3+3" formatında ikinci görüşü ilə üst-üstə düşüb".
A.Ərakçi "3+3" toplantısının Gürcüstanın iştirakı olmadan keçiriləcəyini işarə edərək deyib ki, regionun digər ölkələri Qafqaz bölgəsindəki məsələlərlə bağlı danışıqları, hərəkətləri əlaqələndirməyə hazır olduqlarını nümayiş etdiriblər:
"Biz ehtiyatlı olmalıyıq. Regional problemlərin sülh yolu ilə həlli, təhlükəsizliyin təmini və siyasi razılaşmaların bölgəyə sülh və sabitlik gətirməsinə çalışmalıyıq".
Nazir vurğulayıb ki, Türkiyə ilə həmişə yaxşı münasibətləri olub və bu ölkənin prezidenti və xarici işlər naziri ilə görüşlər zamanı regional məsləhətləşmələr aparılacaq.
Qeyd edək ki, oktyabrın 18-də Türkiyənin İstanbul şəhərində Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan XİN başçılarının iştirakı ilə "3+3" formatının növbəti toplantısı keçiriləcək.
///report
Kurslar.az kurslar [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Bərdədə qadın evində ölü tapıldı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub